Xalq artisti Nazpəri Dostəliyeva bu həftə mətbuat konfransı keçirəcək
Tarix: 17-11-2015 | Saat: 00:01
Bölmə:M / Karusel / Şou-Biznes | çapa göndər
Xalq artisti Nazpəri Dostəliyeva bu həftə mətbuat konfransı keçirəcək.
Xəbəraz.az -ın məlumatına görə bu barədə azNews.az-a sənətkarın özü məlumat verib. O, qeyd edib ki, mətbuat nümayəndələri ilə görüşdə televiziya rəhbərləri tərəfindən ona qoyulan efir qadağası müzakirə olunacaq:
“Televiziya rəhbərləri bu məsələyə münasibətini bildirməlidir. Mənimlə bağlı heç bir kanala rəsmi tapşırıq gəlməyib. Məsələ ilə bağlı heç kimə müraciət etməmişəm. Amma bir fakt deyəcəyəm. Mənim “Lider” kanalında hazır verilişim vardı. O verilişi birdən-birə dayandırdılar. Deyiblər ki, “Nazpəri Dostəliyevaya qadağa qoyulub”. Səhəri AzTV-də mənim hazır verilişim yayımlanacaqdı. Həmin verilişi də dayandırdılar, vermədilər. Niyə? Bunlara aydınlıq gətirilməlidir”.
N.Dostəliyeva vurğulayıb ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etmək fikrindədir:
“Çünki susub oturmaq da yaxşı deyil. Müraciət edib səbəbini bilmək lazımdır. Ziyalılarımız da bu suala cavab tapmalıdır. Hər kəs bilir ki, Nazpəri Dostəliyeva sadiq qul tək öz torpağını sevən sənətkar kimi tanınır. İndi nə oldu? Mən hər zaman Prezidentimi sevmişəm. Dövlətimə, xalqıma canım qədər sevgimlə xidmət etmişəm. Amma bu efir qadağasının səbəbini bilmək istəyirəm”.
Xatırladaq ki, Xalq artisti Nazpəri Dostəliyeva ANS televiziyasından başqa bütün kanalların ona efir qadağası qoyduğunu açıqlayıb.
Xəbəri paylaş
1 4958 dəfə oxunub.
Digər xəbərlər

10-06-2016, 16:05
ABŞ-da mühafizəçilər Ərdoğana görə toqquşdu - Video
24-08-2020, 09:32
Düşmən itki verdi, diversiya qrupunun komandiri əsir götürüldü - FOTO
17-11-2021, 10:25
Bakıda məktəbə “patı” gətirib, uşaqlara zorla veriblər? - DİN məsələyə aydınlıq gətirdi
26-08-2021, 11:30
Ermənistan ordusu silahlandırılır - Rusiya 100 milyon kredit ayırdı
1-08-2015, 16:35
Mina partladı, bir əsgər öldü
13-01-2018, 13:02
Dünyanın ən güclü klublarının reytinqində- "Qarabağ" irəlilədi
19-09-2017, 09:16
Oğlu olan valideynlərin nəzərinə: BUNLARI BİLMƏLİSİNİZ
24-04-2017, 14:12
Məşhur azərbaycanlı müğənni səs-küy yaradacaq EROTİK KLİP ÇƏKDİ - VİDEO
31-05-2015, 11:55
Yük maşını məktəblini öldürdü
30-11-2021, 12:23
Son dəqiqə! Azərbaycanda hərbi helikopter qəzaya uğradı, ölənlər və yaralananlar var