Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Akif Çovdarov 3 milyonluq borcu sildirib - Sensasion ittihamlar
Tarix: 15-11-2015 | Saat: 23:51
Bölmə:M / Karusel / Hadisə / Araşdırma | çapa göndər

Akif Çovdarov 3 milyonluq borcu sildirib - Sensasion ittihamlar
MTN generallarının qurbanı olmuş daha bir sahibkar prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova və milli təhlükəsizlik naziri səlahiyyətlərini icra edən Mədət Quliyevə müraciət ünvanlayıb.

Xəbəraz.az xəbər verir ki, “Qafqazinfo” ya daxil olan məlumata görə, “Bərpa –Tikinti” MMC-nin rəhbəri Cahangir Alışov prezidentə ünvanladığı müraciətdə əməkdaşlıq etdiyi “Karvansaray -2010” MMC-nin sahibi Nizami Quliyevin Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovla əlbir olaraq onu hədələdiyini bildirib:

“Cənab Prezident İlham Əliyev, siz bütün qəbul etdiyiniz qərarlarınızda, sərəncamlarınızda və KİV-dəki çıxışlarınızda sahibkarlığın inkişafına şərait yaradılmasını, onlara qarşı aparılan yersiz təqiblərin qarşısının alınması, yeni iş yerlərinin açılmasından ötrü sahibkarlara daha münbit biznes şəraiti yaradılması və köməklik göstərilməsini dövlət məmurlarına, müvafiq qurumlara tapşırırsınız.

Mən ən nüfuzlu idarələrdən biri olan, fəaliyyəti hər sahədə təhlükəsizliyimizin təmin edilməsini təmin etməyə yönəlmiş icra orqanı kimi bildiyimiz Milli Təhlükəsizlik Nazirliyinin bir qrup rəhbərlərinin ancaq kinolarda gördüyümüz reket oyunları barədə məlumat vermək istəyirəm.

Təsisçisi və rəhbəri olduğum “Bərpa- Tikinti ” MMC ilə “ Karvansaray- 2010 ” MMC arasında bağlanmış 21 iyul 2010-cu il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan şossesinin 1-ci dairəsinin sağ tərəfində yerləşən “Karvansaray-2010” MMC üçün müasir tipli ticarət obyektinin əsaslı tikinti işlərini yerinə yetirmişik.Tikinti işlərinə 2010-cu ilin iyul ayında başlanılıb, həmin ilin yekununa qədər nəzərdə tutulan işlərin böyük bir hissəsi keyfiyyətlə yerinə yetirilib. Tikinti işlərinin yerinə yetirilməsi üçün bütün materiallar və işçi qüvvəsi bizim tərəfimizdən təmin olunub. Razılaşmaya əsasən, görülən işlər faktiki alış qiymətlərinə əsasən həyata keçirilməli və işin sonunda hər iki tərəfin razılığı əsasında ümumi işlərin 10%-i məbləğində podratçı təşkilata ödənilməli idi. İşlərin gedişi zamanı yerinə yetirilmiş işə görə az da olsa hissə-hissə pul ödənilirdi”.
Akif Çovdarov 3 milyonluq borcu sildirib - Sensasion ittihamlar
Şikayətçi Cahangir Alışovun sözlərinə görə, işlərin böyük bir hissəsinin yerinə yetirildiyini görən “Karvansaray-2010” MMC-nin sahibi Nizami Quliyev pul vermək əvəzinə müxtəlif şantajlara əl atıb və nəticədə pul verməkdən təmamilə imtina edərək borcunun olmadığını bildirib:

“Material sahibləri və orada çalışan işçilər uzun müddət haqlarını ala bilmədikləri üçün səbirləri tükəndiyindən obyektin yanında yerləşən Bakı-Lökbatan avtomobil yolunun kəsilməsi ilə öz etirazlarını bildirdilər. Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə səyimiz nəticəsində həmin insanlarla danışıqlardan sonra sakitlik yarada bildik. Vəziyyətin bu yerdə olduğunu görən Nizami Quliyev qismən ödəniş etdi. Lakin faktiki yerinə yetirilmiş işə görə 4 000 000 manat mənfəət nəzərə alınmadan vəsait ödənilməmiş qaldı.

N. Quliyev vəsaitlə bağlı hər görüşümüzdə onunla mübahisəsi olan hər bir kəsin necə aradan götürüldüyünü və yüksək yerlərdə çox güvəndiyi tərəfdarlarının olduğunu dilə gətirirdi. Bütün bunlara baxmayaraq, tikinti işlərini çətinliklə olsa da davam etdirdik. Öz növbəmdə “Karvansaray-2010” MMC-nin sahibi Nizami Quliyevə bildirdim ki, əlimdə olan sənədlərimlə Respublika rəhbərliyinə, hüquq-mühafizə orqanlarına və sonda məhkəməyə müraciət edəcəyəm”.

İş adamı 2010-ci ilin dekabr ayının sonlarında MTN-ə çağırılıb və daha ağır günlər də məhz bundan sonra başlayıb:

“Ora gədənə qədər nə üçün çağrılmağımı bilmədiyimdən çox düşündüm, amma bir səbəb görmədim. Nazirliyə çatıb özümü təqdim edən kimi məni adını bilmədiyim bir məmurun kabinetinə apardılar. Kabinetə daxil olanda “Karvansaray-2010” MMC-nin sahibi Nizami Quliyevi gördükdən sonra işin nə yerdə olduğunu anladım. Həmin vəzifəli şəxs özünü təqdim edərək adının Akif Çovdarov olduğunu bildirdi və birbaşa Nizami Quliyevi niyə narahat etdiyimi soruşaraq rəhbərliyin tapşırığı ilə danışdığını və məni həbs edəcəyini dedi. O vaxt Nizami Quliyevin güvəndiyi havadarının kim olması mənə aydın oldu.

Ömrümdə belə bir vəziyyətlə qarşılaşmadığım üçün əvvəlcə özümü itirdim. Sonra özümü ələ alaraq israrla bildirdim ki, Nizami Quliyev dələduzluqla məşğuldur, qrafik və müqavilə üzrə iş getdiyi halda, kimlərdənsə aldığı pulları tikintidəki fəhlələrə belə çatdırmır və mən MTN-in binasından çıxmadan yoxlama təyin edilməsini xahiş edirəm, əgər mən dediyim kimi olmasa, onda həbsimə razıyam.

N. Quliyev həmin kabinetdə çox məmnun görünürdü və mənim dediklərimin yalan olduğunu havadarına çatdırırdı. A. Çovdarov isə bu məsələni unutmağımı, gələcəkdə buna görə problemlər yaradılacağını deyirdi.
Geriyə addım atmağımın mənası yox idi, dediklərimin düz olmasına arxayın olduğumdan və artıq dramatik vəziyyət yarandığından ölənə kimi bu işin arxasınca gedəcəyimi dedim. Bundan sonra, Akif Çovdarov bizi nəzarətdə saxlamaq üçün kabinetində bir nəfər əməkdaş qoyub getdi. O, 30 dəqiqə sonra (kimləsə məsləhətləşərək) geri qayıdaraq öz iştirakımla yoxlama aparılmasına icazə verildiyini bildirdi”.

“Bərpa –Tikinti” MMC-nin rəhbəri deyir ki, həmin söhbətdən sonra MTN tərəfindən təyin edilmiş şəxslərlə “Karvansaray- 2010”MMC-nin və “Bərpa-Tikinti” MMC-nin işçiləri ilə birlikdə yoxlama işlərinə başlanılıb. Nəticə isə 21 yanvar 2012-ci il tarixdə üzləşmə aktı ilə rəsmiləşdirilib:

“Tərtib edilmiş akta əsasən, yerinə yetirilmiş tikinti işlərinin həcminin 7 742 567 manat olması, hissə-hissə 2 962 567 manat ödəniş aparılması, faktiki yerinə yetirilmiş iş həcminə görə ödənilməmiş (mənfəət nəzərə alınmadan) 4 780 000 manat olması müəyyənləşdirildi.

Akif Çovdarov məni yenidən yanında çağırdı və mənə təzyiq göstərərək, həbs edəcəyi, rəhbərliyin xüsusi tapşırığı olduğunu və “Karvansaray-2010” MMC-nin sahibi Nizami Quliyevin borcundan 3 000 000 manatın rəhbərin şəxsi göstərişi ilə sildiyini bildirdi. Havadarlıq etdiyi şəxsin könlünün xoş olmasına görə, cəmi 1 780 000 manat olması ilə razılaşmağım üçün təkid etdi, həmçinin məbləğin əvəzində hər kv.metr üçün 878 manat olmaqla (əslində orada dükanın hər kvadrat metri 550 manat idi) 2050 kv.metr ticarət obyekti (40 ədəd dükan) veriləcəyini, əks halda nələr olacağına zəmanət vermədiyini dedi. Ailə vəziyyətimi və uşaqlarımın gələcəyini nəzərə alıb dedikləriylə razılaşdım”.

Şikayətçi bu günə qədər həmin işlərin ağrı-acısını çəkdiyini bildirir:

“Borclu olduğum insanlara hələ də borcumu verib qurtara bilməmişəm. Bu da özümə, kollektivimə və borclu olduğum iş adamlarına hər an narahatlıq yaşadır. İmicimizə, adımıza xələl gəlib.

Cənab Prezident, sizə güvənirik və ədalətinizə sığınırıq! Ümid edirəm ki, haqq- ədalət öz yerini tapacaq.
Müstəqil Azərbaycanın qanunlarını heçə sayaraq məni ağır dərdlərə düçar etmiş MTN-nin sabiq əməkdaşlarının və onların havadarlıq etdiyi şəxslərin məsuliyyətə cəlb edilməsi, mənə vurulmuş ziyanın ödənilməsindən ötrü tədbir görülməsi üçün tapşırıq verməyinizi Sizdən xahiş edirəm”.

Xatırladaq ki, 2012-ci ilə qədər “Karvansaray- 2010” MMC-də payı olmuş Elşən Kərəmoğlunun ticarət mərkəzini tikən podratçı şirkətin rəhbərliyinin də MTN-ə şikayət etdiyi, onlardan haqsız olaraq 4 milyon manat tələb etdiyi ilə bağlı bir müddət öncə mətbuatda şikayəti dərc olunmuşdu:

““Karvansaray” MMC-ni biz 20-yə yaxın sahibkar 2010-cu ildən tikdirməyə başladıq. Ora ümumilikdə 20 milyon manata yaxın vəsait qoyulmuşdu. 2012-ci ilin əvvəllərində MTN generalı “Karvansaray” MMC-nin rəhbərindən 20-dən artıq dükan istədi. Demişdi ki, dükanları Eldar Mahmudov üçün tələb edir. MMC rəhbəri bizimlə məsləhət etdi, dedik ki, mağazaları verə bilmərik. Qiyamət bundan sonra başladı. Başımıza açmadıqları oyun qalmadı. Ticarət mərkəzini tikən podratçı şirkətin rəhbərliyi bizdən MTN-ə şikayət yazdı. Guya onları işlədib pullarını ödəməmişik. Şikayəti MTN yoxladı. Səlim adlı bir işçiləri 2 ay ticarət mərkəzinə gəlib-getdi. Sonda kompleksi tikənlərə 4 milyon manat borclu olduğumuzu dedilər. Yalançı borc yaratdılar. Borcun əvəzinə 40 mağazanı alıb tikintini aparan briqadaya verdilər”.


Xəbəri paylaş

9118 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___