Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə aksiya keçirilib
Tarix: 15-11-2015 | Saat: 22:25
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə aksiya keçirilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Dünya Diabet Gününə həsr edilən aksiya keçirilib.

Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetin (BMDTU) uşaq endokrinologiyası kafedrasının pediatriya klinikasında Dünya Diabet Günü ilə əlaqədar aksiya keçirib.

Builki ümumdünya gününün mövzusu - “Sağlam həyat tərzi və şəkərli diabet” adlanıb. Təşkilatçılardan biri, RAGB-ın idarə heyətinin üzvü, tibb elmləri namizədi Samir Əliyev uşaqlarda diabet problemi haqqında danışıb və vurğulayıb ki, dünyada birinci tip şəkərli diabeti olan xəstələrin sayı çoxalır. Bunu “gənclərin diabeti” də adlandırırlar.

Sonra uşaqlar müxtəlif müsabiqə və oyunlar oynayıblar.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından tibbi müəssisəyə hədiyyə olaraq məişət texnikası təqdim edilib, uşaqlara isə hədiyyələr verilib.
Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə aksiya keçirilib
Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə aksiya keçirilib
Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə aksiya keçirilib


Xəbəri paylaş

6048 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___