Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Akif Çovdarovun evində axtarış aparılır
Tarix: 14-11-2015 | Saat: 23:50
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Akif Çovdarovun evində axtarış aparılır

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun evində axtarış aparılır.

Xəbəraz.az xəbər verir ki, bu barədə məlumatı musavat.com öz mənbələrindən əldə edib.

Qeyd edək ki, bir qədər əvvəl “Qafqazinfo” Akif Çovdarovun həbs olunması xəbərini yaymışdı.

Məlumatda deyilirdi ki, bir müddət öncə vəzifədən azad edilən və bu günə qədər ev dustağı olan Akif Çovdarov bu gün saxlanılıb. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Generalın həbsi onlarla MTN zabitinin istintaqa ifadələri əsasında həyata keçirilib.

Akif Çovdarov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə aparılıb və dindirilib.

Xatırladaq ki, A.Çovdarov oktyabrın 17-də prezident sərəncamı ilə işdən çıxarılan sabiq MTN rəhbəri Eldar Mahmudovun “sağ əli və kassiri” sayılırdı. Məlumatlara görə, onun MTN-də əsas vəzifəsi iş adamlarını soymaq olub. Rüşvət tələb edilərək təhdid edilən həmin iş adamları da Baş Prokurorluğa və Prezident Administrasiyasına şikayətlərində əsas fiqur kimi məhz Akif Çovdarovun adını çəkib.


Xəbəri paylaş

6138 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___