Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zahid Oruc: Əli Abbasov Eldar Mahmudovun şantajına boyun əyib
Tarix: 13-11-2015 | Saat: 16:13
Bölmə:M / Karusel / Siyasət / Müsahibə | çapa göndər

Zahid Oruc: Əli Abbasov Eldar Mahmudovun şantajına boyun əyib
“Vəzifə başqalarını soymaq, əzab vermək üçün deyil”.

Görünən budur və şübhə etmək lazım deyil ki, Əli Abbasov da Eldar Mahmudovun bir nazir kimi şantajına boyun əyib.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc söyləyib.

Z. Oruc qeyd edib ki, milli təhlükəsizlik nazirinin vəzifəsindən çıxarılmasından sonra bu addımın atılmasına səbəb olan məsələlər artıq bir neçə gündür ki, cəmiyyətə təqdim olunmaqdadır:

“Burada dövlət içərisində əldə olunmuş böyük səlahiyyətlərin bir dövr ölkənin təhlükəsizlik məsələləri üçün istifadə edilməsi, daha sonra isə şəxsi maraqlardan çıxış edərək bir imperiya qurmaq niyyətindən söhbət gedir. İstər dövlət elitasına daxil olanları, istərsə də əsasən sahibkarları basqı altına almaq niyyəti ilə həyata keçirilən tədbirlər heç bir halda bağışlana bilməzdi.

Prezidentin addımı sübut etdi ki, toxunulmaz şəxslər yoxdur, nazir vəzifəsini daşısalar da, onlara qarşı ən sərt tədbirlər həyata keçiriləcək. Eldar Mahmudovun nazir olaraq çevrəsinə topladığı generalların vətəndaşlar üzərində qurduqları “haqq əməliyyatları” külli miqdarda vəsaitlərin əldə olunmasına yönəlib və bunu artıq inkar etmək mümkün deyil. O şəxslərin həbsə atılması, gələcəkdə qanun qarşısında cavabdehlikləri də özündə bunu ehtiva edir.

Dünən rabitə və yüksək texnologiyalar nazirinin də vəzifəsindən azad olunması onu göstərdi ki, ötən illər ərzində dövlətin bilavasitə qayğısı, büdcə ayırmaları vasitəsi ilə bu ölkədə telekommunikasiya sistemində, rabitə qovşaqlarının yaradılmasında, vətəndaşların bu xarakterli tələbatlarının təmin olunmasında xeyli işlər görülsə də, bir nazir kimi Əli Abbasov başqa bir nazirin onun rəhbərlik etdiyi strukturdan poliqon kimi istifadə etməsinə imkan verib”.

Z. Oruc vurğulayıb ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin milli təhlükəsizlik məsələlərində qanunla müəyyənləşmiş statusu və rolu var:

“Ancaq qanunla sanksiyalaşdırılmadığı təqdirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzarətində olan texniki qurğuları və digər vasitələri vətəndaşlara, sahibkarlara qarşı yönəltmək yolverilməz hallardır, Konstitusiya müddəalarının, qanunvericiliyin açıq-aşkar pozulmasıdır.

Düşünürəm ki, hər kəs də illər ərzində bu strukturun prezidentin siyasətində hər zaman öndə olduğunu nəzərə almalı idi və adekvat davranışlar göstərməli idi. Amma görünən budur və şübhə etmək lazım deyil ki, Əli Abbasov da Eldar Mahmudovun bir nazir kimi şantajına boyun əyib və deməli, prezidentin etimadını doğrultmayıb.

Yəni Eldar Mahmudovun xəfiyyə strukturları, əslində isə sümürgənlik sistemi tək sahibkarlar deyil, digər insanların üzərində də bu cür tələləri yaradıb və vəziyyət belə bir duruma gətirib çıxarıb”.

Millət vəkili qeyd edib ki, təhlükəsizlik sferasında atılan son addımlar sahibkarlığın üzərində qurulmuş töycü sistemindən azad olunmasına imkan verir, digər tərəfdən ölkənin təhlükəsizliyi ilə bağlı gerçək peşəkarların, bu sferada uzun illər gizli cəbhələrdə ölkənin mənafeləri üçün çalışmış insanların da öz fəaliyyətlərini rahat həyata keçirmələrinə səbəb olacaq.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fazil Mustafa açıqlamasında bildirib ki, bu məsələdə prezidentin islahat siyasəti tam dəstəklənməlidir:

“İnsanlar bilməlidirlər ki, vəzifə başqalarını soymaq, əzab vermək üçün deyil, xidmət üçün nəzərdə tutulur.

Ola bilər ki, hər sahədə nöqsanlar var, sistemin özündən irəli gələn müəyyən neqativ hallar ola bilər ki, insanlar bunların içərisində başqa cür davrana bilmirlər.

Tutaq ki, bir nazir bir tələb qoyur və işçilər də o tələbə uyğun fəaliyyət göstərirlər. Amma bütövlükdə bir sistemin korlanmasına yol vermək olmaz.

Hər kəs özünə aid sahədə vicdanlı çalışmağa məhkumdur. O baxımdan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ətrafında baş verənlərlə bağlı bir açıqlama olarsa, cəmiyyət bu məsələdə atılan addımların dəstəklənməsi istiqamətində konkret mövqelər göstərə bilər”.


Xəbəri paylaş

6438 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___