Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanlı Türkiyə üçün atom elektrik stansiyası tikəcək
Tarix: 31-03-2015 | Saat: 17:16
Bölmə:M / Karusel / Dünya | çapa göndər

Azərbaycanlı Türkiyə üçün atom elektrik stansiyası tikəcək
Layihənin dəyəri 20 milyard dollardır.

“Akkuyu” AES infrastrukturunda Rusiya layihəsi üzrə limanın tikintisinə Türkiyədə apreldə başlana bilər.

Xeberaz.az xəbər verir ki, bu barədə RİA Novosti-yə “Akkuyu Nuklear” Səhmdar Cəmiyyətinin baş direktoru Fuad Axundov Ankarada çərşənbə axşamı bildirib.

Daha öncə AES infrastrukturunda limanın tikintisinin başlanğıcı martın sonuna planlaşdırılmışdı. Martın ortasında Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız söhbətin AES deyil, limanın tikintisinin başlanmasından getdiyini vurğulamışdı.

“Biz limanın tikintisinin apreldə başlanmasını gözləyirik”, - agentliyin həmsöhbəti bildirib.

Rusiya Federasiyası və Türkiyə arasında Türkiyənin cənubunda - Mersində “Akkuyu” sahəsində, ölkədə ilk olan atom elektrik stansiyasının tikintisi və istismarı sahəsində əməkdaşlıq barədə hökumətlərarası razılaşma 2010-cu ildə imzalanıb.

Türk AES-nə dörd ədəd su enerji reaktoru tipli daxil olacaq AES hər enerjiblokunun gücü 1200 MVt olacaq. Layihənin dəyəri 20 milyard dollara yaxındır.

Qeyd edək ki, Fuad Axundov 1966-cı ilin may ayının 12-də Bakıda anadan olub. Bakının 6 saylı məktəbini bitirib.

Əmək fəaliyyətinə 1986-cı ildə SSRİ Müdafiə Nazirliyinin xüsusi inşaat baş idarəsi sistemində mühəndis kimi 1986-cı ildə başlayıb.

1995-ci ildən Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədri, 2001-ci ildən isə “Nikoyl” Maliyyə Korporasiyasının baş icraçı direktorudur, 2003-cü ildən “Uralsib” Bakının idarə heyətinin sədri və prezidenti, 2014-cü ildən “Akkuyu Nuklear” (Rusiya dövlət atom enerjisi korporasiyası “Rosatom”un törəmə firması) Səhmdar Cəmiyyətinin baş direktorudur.


Xəbəri paylaş

6558 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___