İlham Əliyev: Azərbaycan ilə Fransa arasında münasibətlər dinamik inkişaf edir
Tarix: 10-11-2015 | Saat: 17:23
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Prezident yeni səfiri qəbul etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşezin etimadnaməsini qəbul edib.
Səfir Orelia Buşez fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Xanım Orelia Buşez etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Azərbaycan ilə Fransa arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev bu əlaqələrin bir çox sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğuladı.
Fransa Prezidenti Fransua Ollandın bir il ərzində iki dəfə Azərbaycana, özünün isə Fransaya səfərlərinə toxunan dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi.
Siyasi əlaqələrmizin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev parlamentlər səviyyəsində də yaxşı əməkdaşlığın mövcud olduğunu vurğuladı.
Ölkələrimizin arasında əlaqələrin böyük əhəmiyyət daşıdığını və getdikcə daha da möhkəmlənəcəyini bildirən dövlətimizin başçısı bunu qarşılıqlı anlaşmanın və dəstəyin çox yüksək səviyyəsi kimi dəyərləndirdi.
Xanım Orelia Buşez bildirdi ki, o, Fransanın Azərbaycanda səfiri olmasından məmnundur və şərəf hissi keçirir. Azərbaycanın gözəl ölkə, Bakının isə ecazkar şəhər olduğunu vurğulayan fransalı diplomat paytaxtımızda qədim və müasir arxitekturanın uğurlu sintezinə valeh olduğunu dedi.
Ölkəmizdə iqtisadi sahədə əldə olunan nailiyyətlərin də onda dərin təəssürat yaratdığını deyən səfir Azərbaycandakı sabitliyi və dini tolerantlığı yüksək qiymətləndirərək bunun Avropa ölkələri üçün də nümunə ola biləcəyini vurğuladı.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə və ədalətli həll olunması, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji, investisiya qoyuluşu, yüksək texnologiyalar, kosmik sənaye, infrastruktur, nəqliyyat, mədəniyyət və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Xəbəri paylaş
5728 dəfə oxunub.
Digər xəbərlər

26-11-2022, 10:24
Azərbaycanda 16 yaşlı oğlan ona nisyə dönər verməyən yaşıdını bıçaqladı
21-03-2019, 09:52
Azərbaycana yaz fəsli gəldi
10-08-2017, 12:13
Mələklər nəyi saymaqda acizdirlər?
29-01-2019, 10:36
İlham Əliyev: “Bütün şəhid ailələri evlərlə, mənzillərlə təmin ediləcək”
14-05-2020, 20:09
Ağcabədidə iki bacı zorlanıb? - RƏSMİ AÇIQLAMA
31-07-2018, 17:39
Kraldan inanılmaz Fələstin həmləsi: Vəliəhd uzaqlaşdırıldı
30-05-2017, 21:47
Hər il dünyada nə qədər insan siqaretdən ölür? - Statistika
11-10-2017, 10:42
Sosial şəbəkədə yeni trend - gülməli, yoxsa iyrənc?