Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyevin Gürcüstana səfəri başladı
Tarix: 05-11-2015 | Saat: 16:19
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

İlham Əliyevin Gürcüstana səfəri başladı
Prezidentlər mətbuata bəyanatla da çıxış edəcəklər.

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri başlayıb.

Xəbəraz.az -ın APA-ya istinadən verdiyi xəbərə görə, Tbilisi aeroportunda prezident İlham Əliyevi Gürcüstanın yüksək vəzifəli dövlət və hökumət rəmiləri qarşılayıblar.

Daha sonra prezident Heydər Əliyevin Tbilisidə ucaldılmış abidəsi önünə gül dəstləri qoyub.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan və Gürcüstan prezidentlərinin ikitərəfli, eləcə də geniş formatda görüşləri olacaq. Görüşlərdən sonra siyasi, təhlükəsizlik, ticarət, iqtisadiyyat, tranzit, mədəniyyət, təhsil, elm sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi barədə Bəyannamə imzalanması nəzərdə tutulur.

Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatla da çıxış edəcəklər.

Bununla yanaşı, prezidentin rəsmi səfəri çərçivəsində Gürcüstanın baş naziri, Gürcüstan parlamentinin sədri və bütün Gürcüstanın Patriaxı II İlya ilə görüşləri nəzərdə tutulub.

Rəsmi səfər çərçivəsində İlham Əliyev Marneulidə yaşayan azərbaycanlılarla da görüşlər keçirəcək.

Səfər noyabrın 6-da başa çatacaq.


Xəbəri paylaş

5968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___