Azərbaycan dünyaya 386 milyon ton neft satıb
Tarix: 04-11-2015 | Saat: 13:27
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər
“Mənfəət neftinin həcmi ilbəil artır”.
Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan indiyədək 380 mln. ton neft, 714 mlrd. kubmetr qaz hasil edilib.
Xəbəraz.az Report-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Neft-qaz Mühəndisləri Cəmiyyətinin II Xəzər texniki konfrans-sərgisində çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
"Artıq 16 ildir ki, Azərbaycan "Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində mənfəət neftindən gəlir əldə edir. İndiyədək dünya bazarına Azərbaycanın payına düşən 209 mln. ton mənfəət nefti satılıb. Mənfəət neftinin həcmi ilbəil artır", - deyə X.Yusifzadə qeyd edib.
Onun sözlərinə görə, hazırda "Azəri-Çıraq-Günəşli" blokunda 85 işləyən quyudan gündə orta hesabla təxminən 87 min tondan artıq neft və 33 mln. kubmetrdən çox qaz hasil olunur. SOCAR rəsmisi qeyd edib ki, bu ilin 10 ayı ərzində AÇG üzrə 26 mln. ton neft hasil edilib və bunun 17 mln. tonu, yəni 65%-i Azərbaycanın mənfəət neftinin payına düşür. Bu ilin 10 ayında bu yataqlardan 10 mlrd. kubmetr qaz hasil edilib.
"Cari ilin noyabrın 1-dək dünya bazarına 396 mln. ton neft çıxarılıb ki, bunun da 288 mln. tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac edilib. Bu ilin 10 ayında isə Azərbaycandan dünya bazarına 28 mln. ton neft çıxarılıb ki, bunun da 24 mln. tonu BTC ilə nəql edilib", - deyə X.Yusifzadə bildirib.
Vitse-prezident qeyd edib ki, bu ilin sonunadək "AÇG" yataqlarından 385 mln. ton neft hasil ediləcək ki, bu da ilkin geoloji ehtiyatların cəmi 17%-i deməkdir. Onun sözlərinə görə, 2060-cı ilədək 700 mln. tondan artıq neft hasilatı nəzərdə tutulur ki, bu da neftvermə əmsalının 50%-ə çatdırılmasına imkan yaradır.
Xəbəri paylaş
5448 dəfə oxunub.
Digər xəbərlər

10-06-2016, 20:20
Panasonik iki cümləyə görə 800 milyon qazandı
30-01-2016, 17:30
Mənzildə qumarxana aşkar edildi - Biləsuvar
18-03-2022, 16:25
Bakıda dilənçi uşaq hərbi məktəbə yerləşdirildi: "Mən general olmaq üçün oxuyuram"
16-11-2022, 19:37
Sumqayıtda qızla məhlədə görüşdüyünə görə oğlanı döyən şəxs davada öldürüldü - Təfərrüat
10-07-2015, 01:37
"İnter"in prezidenti Azərbaycan bayrağıyla meydana girdi, diz çöküb, ağladı (VİDEO)
26-12-2018, 13:31
Həbib Nurməhəmmədov İŞİD-lə bağlı dindirilib
10-02-2020, 12:01
Göygöldə ölən namizəd vəkilinin oğlundan MÜRACİƏT - VİDEO
28-04-2016, 14:01
ABŞ KİV: “Ermənistan təhlükəli oyun oynayır”
8-09-2022, 12:57
Fotoları əxlaqsız formaya salıb "İnstagram"da paylaşaraq pul qazanan şəxs ələ keçdi - VİDEO
1-08-2020, 13:31
Şabranda 25 yaşlı gənc xalası oğlunu öldürdü - Rəsmi