Silahlı Qüvvələrə Yardım Fonduna 67 milyon manatdan çox vəsait yığılıb
Tarix: 03-11-2015 | Saat: 16:28
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər
Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna bu il noyabrın 1-dək 67 milyon 737 min 961,42 manat, 211 min 791.88 ABŞ dolları və 593,69 avro vəsait daxil olub.
Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 saylı fərmanı ilə yaradılıb.
Fond Azərbaycan Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.
Fondun əsas vəzifəsi Azərbaycanın etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.
Xəbəri paylaş
5488 dəfə oxunub.
Digər xəbərlər

3-03-2016, 16:58
Özünü bıçaqlayan direktorla bağlı cinayət işi başladı
4-10-2015, 11:57
Neftçalada ər-arvad döyülərək bıçaqlandı
27-04-2016, 01:35
Saakaşvili prezidentdən kömək istədi
3-04-2018, 11:47
AZAL Lənkərandan Moskvaya birbaşa reys açır
22-03-2016, 18:43
Rza Zərrabın FDC Mayami həbsxanasında qalacağ
19-01-2017, 13:09
"Reina" terrorçusu azərbaycanlılarla eyni düşərgədə təlim keçib - ŞOK MƏLUMATLAR+FOTOLAR
14-03-2015, 14:30
Ayanın əsl adı Samirə imiş
10-08-2019, 10:36
Normal bədən çəkisinin hesablanma qaydası - Bunu bilirdiniz?
22-07-2017, 11:16
Arvadını kirvəsi ilə tutdu, evdən qovdu, sonra... - Ağcabədidəki DƏHŞƏTİN ŞOK TƏFƏRRÜATI
26-11-2016, 10:03
Türkiyə hərəkətə keçir: Putinin 5 rayon sözü...