Abid Şərifov: “Avtovağzalın qarşısındakı sürüşmə-çökmə ciddi məsələdir"
Tarix: 03-11-2015 | Saat: 14:05
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
"İstinad divarlarının aşmaması üçün dirəklər vurulub"
“Həmin ərazidə yağış kollektoru olmadığından istinad divarlarında axma baş verib. Bununla bağlı mütəxəssislər tərəfindən layihə hazırlanıb və işlər həyata keçirilir”.
Bunu APA-ya açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında baş verən sürüşmə-çökməyə və istinad divarının sökülməli olduğu barədə bəzi mütəxəssislərin rəyinə münasibət bildirən baş nazirin müavini, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədr Abid Şərifov deyib.
A. Şərifov bildirib ki, bu, böyük və ciddi məsələdir: “Hazırda orada ciddi iş gedir, yaxın vaxtlarda başa çatacaq. Ərazidə qorxulu halın baş verməsinin qarşısı alınıb. İstinad divarlarının aşmaması üçün dirəklər vurulub. Bu məsələ ciddi nəzarətdədir. Biz əraziyə mütəxəssislərlə birgə baxış keçirmişik və belə qənaətə gəlmişik ki, bu işlər görülməlidir. İşlər də həyata keçirilir. İnşallah, ona görə də ciddi, qorxulu bir hadisə ola bilməz”.
Qeyd edək ki, oktyabrın 7-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında sürüşmə-çökmə baş verib, Bakı-Sumqayıt yolunun əsas hissəsində çatlar əmələ gəlib, ərazidəki 25-30 metr hündürlüyündə istinad divarı üçün ciddi təhlükə yaranıb. İstinad divarının yuxarı və orta hissəsində bərkitmə işlərinə başlanılsa da, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev APA-ya açıqlamasında bildirib ki, istinad divarında bərkitmə işləri heç bir effekt verməyəcək, həmin istinad divarını söküb yenidən inşa etmək lazımdır.
Xəbəri paylaş
5258 dəfə oxunub.
Digər xəbərlər

11-06-2016, 15:05
Türkiyə koalisiya ilə birgə hücuma keçdi
22-08-2018, 16:43
Ağ saçlardan xilas olmağın ƏN ASAN və UCUZ YOLU
10-12-2015, 16:00
1 nömrəli narkobaron İŞİD “xəlifəsi”inə yazdı: - “Bir də mənim malıma əl vursan...”
10-10-2018, 11:20
Azərbaycan neftinin SON QİYMƏTİ
1-11-2021, 08:54
Kirayədə qalan tələbələrə ŞAD XƏBƏR - VİDEO
24-04-2015, 20:09
Jirinovski “erməni soyqırımı”nı inkar etdi - VİDEO
15-07-2017, 10:41
Cinsi gücü də artırırmış - HƏR GÜN BİR KASA YEYİN
28-05-2016, 21:07
Şahbaz Quliyev ailəsinə məktub göndərdi
4-06-2016, 17:16
Rallidə yoldan çıxan maşın kütləyə girdi - 17 yaralı