Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 31 Oktyabr
Tarix: 31-10-2015 | Saat: 20:40
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 31 Oktyabr
Suriyanın, daha doğrusu Bəşər Əsədin gələcək taleyinin hərbi əməliyyatlarda deyil, dəyirmi masa arxasında müəyyənləşməsi Rusiyanın daha bir uğuru sayıla bilər. Masa üzərinə qoyulmuş təkliflər paketinin təhlili də Moskvanın diktə edən tərəf olduğunu göstərir. Təkliflər qəbul, ya rədd ediləcək, amma bir fakt dəyişməz qalacaq - Əsədin taleyini, Suriyanın gələcəyini Rusiyasız müəyyənləşdirmək artıq mümkün deyil. Moskva Suriyanın timsalında Qərblə bazarlıq üçün əlavə imkan qazanıb. Kreml Suriya kartını oyunun sonunadək əlində saxlaya, yaxud məsələn Ukrayna kartı ilə “vura” bilər. Suriya kartı Qərbin də əlini zəiflədir. ABŞ İranla münasibətləri yaxşılaşdıraraq bu ölkəni Rusiyanın cazibə dairəsindən çıxarmağa çalışsa da, bu istək reallaşmaya bilər. Hələlik kartların paylaşdığı masa arxasında uduşlu vəziyyətdə Rusiya və İran görünür. Vyana danışıqları Qərbin maraqlarının əleyhinə bitsə, o zaman üstünlük sonuncu dəfə ABŞ-ın əlinə keçəcək. Balansı dəyişmək üçün isə ABŞ-ın əlində iki imkan qalır. Suriyada quru əməliyyatlarına başlamaq, yaxud Türkiyənin bu əməliyyatlara sövq etmək. Birinci variant bahalıdır, ikinci variant isə kürd separatçıları ilə müttəfiqlik münasibətlərini kəsmək, onları Rusiyanın qucağına itələmək deməkdir. Vaşinqtonun seçimindən çox şey asılı olacaq, elə Yaxın Şərqin gələcəyi də...


Xəbəri paylaş

5378 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___