Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Parlament seçkiləri gənclərimizin də diqqət mərkəzindədir"
Tarix: 29-10-2015 | Saat: 19:47
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

“Parlament seçkiləri gənclərimizin də diqqət mərkəzindədir"

Azərbaycanda bütün siyasi qüvvələrin sağlam rəqabət aparması üçün hər cür şərait yaradılıb. Hesab edirəm ki, müəyyən sosial bazaya, təcrübəyə malik olan siyasi qüvvələr qanunun tələblərinə əməl etməklə öz təbliğat-təşviqat kampaniyasını apara və müəyyən uğurlar qazana bilərlər. Bu şərtlər müstəqil namizədlərə də şamil olunur. Hazırda parlament seçkilərinə hazırlıq mərhələsi uğurla başa çatdırılıb və təbliğat-təşviqat kampaniyası davam edir. Düşünürəm ki, xalqımız bu seçkilərdə layiqli namizədlərə səs verəcək". Bu sözləri Secki-2015.az saytına açıqlamasında Demokratik İslahatçı Gənclər İctimai Birliyinin idarə heyətinin sədri Vüsalə Hüseynli deyib.

O deyib: "Parlament seçkiləri gənclərimizin də diqqət mərkəzindədir. Onlar bu seçkilərdə həm könüllü, həm müşahidəçi, həm də namizəd kimi iştirak edirlər. Müəyyən gənclər isə sosial şəbəkələrdə namizədlərin dəstəklənməsi kampaniyasında, keçirilən görüşlərdə iştirak edirlər. Azərbaycan gəncləri hər zaman dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi siyasəti, dövlətimizin uğurlarını təqdir edir, bu siyasətin davamlı olmasına dəstəklərini verirlər.

Azərbaycanda seçkidən-seçkiyə qadınların namizəd kimi iştirakının artdığını müşahidə edirik. İstər bələdiyyə, istər parlament seçkilərində qadın namizədlərin uğur qazanması sevindirici haldır. Bu məsələdə Yeni Azərbaycan Partiyası nümunəvi dəst-xətt yürüdür".


Xəbəri paylaş

5298 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___