Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mehriban Əliyeva Strasburq Universitetinin prezidenti ilə görüşüb
Tarix: 26-10-2015 | Saat: 22:19
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Mehriban Əliyeva Strasburq Universitetinin prezidenti ilə görüşüb
Humanitar sahədə bir çox işlərin həyata keçirildiyi vurğulanıb.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva Fransanın Strasburq Universitetinin prezidenti Alen Beretzlə görüşüb.

M. Əliyeva son illər ölkələrimiz arasında siyasi və iqtisadi əməkdaşlıqla yanaşı, humanitar sahədə də əlaqələrin inkişaf etdiyindən məmnunluğunu bildirib, bu sahədə bir çox işlərin həyata keçirildiyini vurğulayıb.

Ölkələrimiz arasında təhsil, mədəniyyət və elm sahələrində reallaşdırılan layihələrdən danışan M. Əliyeva bildirib ki, bütün bu addımlar Azərbaycan-Fransa dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. M. Əliyeva Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə ölkəmizdə Fransa ali məktəbinin yaradılacağını, artıq bu layihə üzrə konkret addımların atıldığını diqqətə çatdırıb.

A. Beretz isə Azərbaycana bu səfərinin layihənin həyata keçirilməsinə töhfə olacağına əminliyini ifadə edib. Görüşə görə təşəkkürünü bildirən A. Beretz Azərbaycanda Fransa ali məktəbinin yaradılması layihəsinin əhəmiyyətindən danışıb.


Xəbəri paylaş

5488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___