Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyev yeni zavodların açılışında - FOTO
Tarix: 25-10-2015 | Saat: 14:27
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

İlham Əliyev yeni zavodların açılışında - FOTO
Dövlət başçısı istehsal prosesi ilə tanış olub.

Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərində “Azertexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin texniki avadanlıqlar zavodunun açılış, “SOCAR Polymer” layihəsi çərçivəsində inşa ediləcək yüksək sıxlıqlı polietilen zavodunun təməlqoyma, “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunun istifadəyə verilməsi mərasimlərində iştirak edib.

Xəbəraz.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı “Azertexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin texniki avadanlıqlar zavodunun açılışını etdi.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev dövlətimizin başçısına zavodun fəaliyyəti haqqında məlumat verdi.

Bildirildi ki, illik istehsal həcmi 6500 ton olan müəssisədə polad və çuqun əritmə üsulu ilə hidrotexniki məhsulların hissələri hazırlanır.

Prezident İlham Əliyev zavodu işə saldı, istehsal prosesinə baxdı.

Sonra dövlətimizin başçısı “SOCAR Polymer” layihəsi çərçivəsində inşa ediləcək yüksək sıxlıqlı polietilen zavodunun təməlqoyma mərasimində iştirak etdi.

Azərbaycan kimya sənayesinin inkişafını sürətləndirmək üçün 2013-cü ildə yaradılan “SOCAR Polymer” şirkətinin polipropilen və yüksək sıxlıqlı polietilen qurğuları Prezident İlham Əliyevin Sərəncamı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunur.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi.

Diqqətə çatdırıldı ki, şirkətin iki qurğusu hər il 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edəcək. Bu qurğular 2018-ci ildə istismara veriləcək.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunun açılışında iştirak etdi.

Bu zavodun ərsəyə gəlməsində ulu öndər Heydər Əliyevin tarixi xidmətləri var. 1994-cü ildə “EP-300” və “Polimer-120” qurğularının əsasında yaradılmış etilen-polietilen zavodunun adı yeni bir müəssisə kimi ölkəmizin sənaye xəritəsinə yazılıb.

Son beş ildə zavodun enerji sistemində aparılan əsaslı təmir və yenidənqurma işlərinin nəticəsində istehsalatın elektrik enerjisi ilə fasiləsiz və etibarlı təchizatına imkan yaranıb, elektrik enerjisi, buxar və qaz itkilərinin qarşısı alınıb.

Dövlətimizin başçısı zavodun kollektivi ilə görüşdü.

Sonra Azərbaycan Prezidenti zavodun butilen-butadien fraksiyasının hidrogenləşməsi və maye qazların kükürdlü birləşmələrdən təmizlənməsi qurğularını işə saldı.

Sonda xatirə şəkli çəkdirildi.
İlham Əliyev yeni zavodların açılışında - FOTO
İlham Əliyev yeni zavodların açılışında - FOTO


Xəbəri paylaş

6058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___