Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Çexiyalı deputatlar parlament seçkilərini izləyəcəklər
Tarix: 24-10-2015 | Saat: 13:28
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Çexiyalı deputatlar parlament seçkilərini izləyəcəklər
Çexiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu üzvlərinin şərəfinə Azərbaycanın Çexiyadakı səfirliyində ziyafət təşkil edilib

APA-nın Azərbaycanın Çexiyadakı səfirliyinin “Facebook” səhifəsinə istinadən verdiyi xəbərə görə, ziyafətdə Çexiya Parlamentinin Deputatlar Palatasının sədri, Çexiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Yan Hamaçek və parlamentin digər üzvləri iştirak ediblər.

Tədbirin giriş hissəsində Azərbaycanın Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyev və Y. Hamaçek çıxış ediblər.

Səfir F. Şəfiyev çıxışı zamanı Çexiya-Azərbaycan münasibətlərinin müxtəlif istiqamətləri, inkişaf etməkdə olan siyasi və iqtisadi əlaqələr, habelə iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri haqqında söhbət açıb. Səfir həmçinin noyabrın 1-də ölkəmizdə keçiriləcək parlament seçkilərini izləmək üçün Çexiya parlamentinin üzvlərinin ibarət nümayəndə heyətinin Azərbaycana səfər edəcəyini bildirib.

Çexiya parlamentinin Deputatlar Palatasının sədri Y. Hamaçek isə ölkəsinin Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib, bu əməkdaşlığın dərinləşməsinə ümid etdiyini vurğulayıb.


Xəbəri paylaş

5108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___