Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əli Həsənov: Onlar demokratiya dərsini özlərinə keçsinlər
Tarix: 24-10-2015 | Saat: 12:34
Bölmə:M / Karusel / Siyasət / Müsahibə | çapa göndər

Əli Həsənov: Onlar demokratiya dərsini özlərinə keçsinlər
“Pulunu ver, hansı qərarı istəyirsən hazırlayıb versinlər”.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov İndoneziyanın İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Nur Xolis ilə görüşüb.

Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sessiyalarında İndoneziyanın ölkəmizin haqq işini dəstəklədiyini vurğulayan Baş nazirin müavini bildirib ki, Azərbaycan-İndoneziya əlaqələrinin daha da genişləndirilməsinə böyük ehtiyac var.

Ə. Həsənov Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi beş strateji vəzifəni sadalayaraq deyib ki, yoxsulluq həddinin minimuma endirilməsi əsas vəzifələrdəndir:

"Bu rəqəm artıq 5 faiz həddindədir. Neft amilindən asılılığın azaldılması da bu vəzifələr sırasındadır. Nəticələr göz qabağındadır. BMT sənədlərində Azərbaycan sürətlə inkişaf edən ölkələr arasında mühüm yer tutur. İnsan hüquqlarının qorunması və korrupsiyaya qarşı ardıcıl mübarizə aparılması da diqqət mərkəzində olan vəzifələrdəndir.

Hər bir strateji istiqamətdə dövlət proqramları var və uğurla icra olunur. Bu gün Azərbaycanın yeganə problemi Dağlıq Qarabağ münaqişəsi və bunun nəticəsində yaranın 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün problemidir".

Əli Həsənovun sözlərinə görə, ölkəmizdə korrupsiyaya qarşı mübarizə, insan hüquqlarının qorunması istiqamətində mühüm uğurlar əldə edilib və başqa ölkələrin bu məsələdə Azərbaycana irad tutması haqsızdır.

Ə. Həsənov Avropada insan hüquqları ilə bağlı baş verənlərə də toxunub: “Ümumilikdə 500 milyon əhalisi olan Avropa ölkələrinə cəmi 400-500 min qaçqın gəlib. Həmin Avropa ölkələrinin rəhbərləri hər gün yığışıb müzakirə aparırlar ki, nə edək.

Görün o ölkələrdə həmin qaçqınların başına nə oyunlar açırlar. Ancaq soruşan yoxdur ki, bəs 10 milyona yaxın əhalisi olan Azərbaycan 1 milyon 200 min qaçqın və məcburi köçkünün öhdəsindən 20 ildir necə gəlir?! Bu gün ümumiyyətlə dünyada nə ABŞ-ın, nə Avropanın, nə də digərlərinin insan hüquqlarından danışmağa mənəvi haqqı yoxdur”.

Avropa Parlamentinin Azərbaycana qarşı ədalətsiz qərar qəbul etdiyini xatırladan Baş nazirin müavini Avropa Parlamentini korrupsiyaya bulaşmış bir qurum adlandırıb: “ Pulunu ver, hansı qərarı istəyirsən hazırlayıb versinlər. Budur Avropa Parlamenti. Ona görə də onlar getsinlər demokratiya dərsini özlərinə keçsinlər”.

Baş nazirin müavini deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib:

"Ümumiyyətlə, bu qrup elə yaradılıb ki, problem həll olunmasın. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə üstünlük verir, lakin lazım gələrsə biz istənilən yolla öz torpaqlarımızı azad etməyə hazırıq.

Son 20 ildə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 6 milyard 500 milyon dollar vəsait sərf olunub. Onlar üçün 93 qəsəbə salınıb, indiyədək həmin qəsəbələrə 240 min qaçqın və məcburi köçkün köçürülüb və bu proses davam edir".

Ə. Həsənov Azərbaycan dövləti tərəfindən böyük qayıdış proqramının hazırlandığını və orada bütün bu məsələlərin əksini tapdığını qeyd edib

İndoneziyanın İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Nur Xolis səfər çərçivəsində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış məhəllədə olduğunu, həmçinin Yasamal rayonu ərazisində Azərbaycan Texniki Universitetinin yataqxanalarında məskunlaşan məcburi köçkünlərlə görüşdüyünü, onların həyat şəraiti ilə tanış olduğunu söyləyib. Təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verən komissiyanın sədri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana dəstək verə biləcəklərini söyləyib. O, azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulmasının, onların öz doğma torpaqlarına qayıda bilməməsinin böyük ədalətsizlik olduğunu bildirib. N.Xolis Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin zəruriliyini vurğulayıb.


Xəbəri paylaş

5788 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___