Mikayıl Cabbarovdan müəllimlərlə bağlı əmr
Tarix: 21-10-2015 | Saat: 16:31
Bölmə:M / Karusel / Təhsil | çapa göndər
Təhsil naziri Mikayıl Cabbarov “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi haqqında” əmr imzalayıb
Xəbəraz.az nazirliyin saytına istinadən xəbər verir ki, əmrə əsasən, “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi və bu prosesin tənzimlənməsi ilə əlaqədar kollegial qərarların qəbul olunmasını təmin etmək məqsədilə Təşkilat Komitəsi yaradılıb.
Həmçinin, müsabiqələrdə iştirakla bağlı Təşkilat Komitəsinə daxil olan sənədlərin müəyyən edilmiş qaydada ekspertizasını aparan işçi qrupunun tərkibi təsdiq olunub.
Qeyd edək ki, ölkə Prezidenti İlham Əliyevin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” 4 sentyabr 2007-ci il tarixli sərəncamının icrası ilə əlaqədar hər il keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələri yaradıcı müəllimlərin və səmərəli idarəetmə fəaliyyəti ilə fərqlənən ümumtəhsil məktəblərinin aşkara çıxarılmasında mühüm rol oynayır. Müsabiqələr təhsil sahəsində sağlam rəqabəti gücləndirməklə yanaşı, tədrisin keyfiyyətinin yüksəldilməsinə də əhəmiyyətli dərəcədə müsbət təsir göstərir.
Xəbəri paylaş
6858 dəfə oxunub.
Digər xəbərlər

5-12-2022, 11:08
"Altın Kelebey"ə layiq görülən AZƏRBAYCANLI MƏŞHURLAR - VİDEO
18-06-2018, 12:29
Sabah 34 dərəcə isti gözlənilir
25-02-2021, 23:14
Ermənistanda yüksək çinli zabitlərin həbsi başladı - Ermənistan KİV
17-09-2015, 15:26
Yeni qatar qadını öldürdü
14-12-2018, 15:37
Süpürgəçi avtobusun altında can verdi
1-11-2016, 09:30
Yararsız avtobuslar xətdən çıxarılacaq - TAPŞIRIQ VERİLDİ - VİDEO
21-10-2015, 17:43
İlham Əliyev sərəncam imzaladı
30-10-2015, 00:31
Hicabsız fotolarını paylaşdı - İrandan qovuldu
12-07-2018, 02:50
Bu gün Rasim Məmmədovun doğum günüdür