Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada xeyriyyə aksiyası keçirilib
Tarix: 18-10-2015 | Saat: 15:58
Bölmə:M / Karusel / Səhiyyə | çapa göndər
Xeyriyyə proqramı “İntelMed” klinikasında təşkil edilib.
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Dünya Səhiyyə Təşkilatı və İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti ilə birlikdə qadınlar üçün pulsuz mammoqrafik müayinə keçirilib.
Xəbəraz.az AzərTAc-a istinadən xəbər verir ki, “Döş xərçənginin profilaktikası” xeyriyyə proqramı “İntelMed” klinikasında təşkil edilib.
Həkim-mammoloq, tibb elmləri namizədi Aytən Əmirova qeyd edib ki, bu aksiya çərçivəsində onlarca qadın müayinə olunub. Diaqnostika bir neçə mərhələdən ibarətdir: mammoloji müayinə, genetik meyilliliyin aydınlaşdırılması, ultrasəs müayinəsi və risk dərəcəsinin aşkar edilməsi. Aksiya Rusiyanın başqa şəhərlərində davam etdiriləcək.
Qeyd edək ki, Rusiya ərazisində döş xərçənginin yayılması dinamikasının artması ilə əlaqədar, RAGB-nin təşəbbüsü ilə keçirilən bu aksiya Moskva sakinləri tərəfindən böyük maraqla qarşılanıb.
Döş xərçəngi çox vaxt 35-42 yaşlı qadınlarda rast gəlir. Dünya Səhiyyə Təşkilatı (DST) 1992-ci ildən başlayaraq hər il oktyabr ayında döş xərçənginə qarşı mübarizə kampaniyası keçirir, əhalini bu xəstəlik və onun müalicəsinin yeni üsulları haqqında məlumatlandırır.
Xəbəri paylaş
4878 dəfə oxunub.
Digər xəbərlər

13-05-2018, 14:18
Alçanı duzla yemək olmazmış - Xəbərdarlıq
21-05-2015, 15:09
Ağdamda-Qardaş Bacısını öldürdü
28-07-2015, 12:45
Gəncədə oğru bacılar saxlanıldı - VİDEO
15-08-2023, 11:34
Kondisionersiz evdə istidən xilas olmağın SADƏ ÜSULLARI
8-10-2016, 18:59
Bakıda əcaib olay: ərəb türkün qulağını dişləyib qopardı
2-02-2016, 20:02
02 fevral 2016-ci il tarixdə Bərdə rayonunun Köbərkənd, Xəsili və Qazaxlar kəndlərinə təbii qaz verilişinin açılışı olmuşdur
1-06-2018, 13:09
Kəmaləddin Heydərov seksual kitab yazan polkovniki İŞDƏN QOVDU
12-05-2017, 14:56
Öd kisəsi xaric olunduqdan sonra...
25-02-2017, 20:28
"Evimizdən heç yana gedən deyilik" - CƏBHƏYANI KƏNDDƏN REPORTAJ