Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Fuad Əlizadə bir neçə işçisinə töhmət verdi
Tarix: 16-10-2015 | Saat: 20:08
Bölmə:M / Karusel / Gündəm / Ekskluziv | çapa göndər

Fuad Əlizadə bir neçə işçisinə töhmət verdi
İclas keçirildi.

Vəzifələrinin icrasında ciddi nöqsanlara yol verən 18 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisinə və həmin Müfəttişliyin iki baş əmək müfəttişlərinə töhmətin verilməsi barədə qərarlar qəbul edilib.

Bu barədə xidmətin cari ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında xidmətin rəisi Fuad Əlizadə bildirib.

Onun sözlərinə görə, əmək qanunvericiliyinin pozulması hallarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faizə yaxın azalaraq 13 202-yə enib.

F.Əlizadə bildirib ki, son illərdə əmək haqları və digər sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə qanunvericiliyin tələblərinə uyğun olaraq vaxtlı-vaxtında ödənilməsinə nəzarət artırılıb. Əmək kollektivlərində aparılan ardıcıl maarifləndirmə tədbirləri zamanı da işçilər belə hallarla rastlaşdıqları təqdirdə məhz DƏMX-ə müraciət etməli olduqları barədə məlumatlandırılır:

“Bu işlərin nəticəsi kimi, işçi vətəndaşlarda Xidmətə inam xeyli artıb. Cari ilin yanvar-sentyabr aylarında həm dövlət nəzarəti, həm də vətəndaşların aidiyyəti üzrə müraciətləri ilə əlaqədar görülən tədbirlər nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 dəfə çox, yəni 1 milyon 502 min 739 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub. Bu məbləğin 93,6 faizini (1 milyon 407 min 267 manat) əmək haqları, qalan hissəsini isə işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, zərərə görə ödənclər təşkil edib”.

Bundan başqa, F.Əlizadə qeyd edib ki, hesabat dövrü ərzində işdən qeyri-qanuni azad olunan 16 nəfər yenidən öz əvvəlki işinə bərpa edilib.


Xəbəri paylaş

7428 dəfə oxunub.

Digər xəbərlər
16-06-2017, 10:51 Əsgərimiz şəhid oldu

bütün xəbərlər
____ Instagram ___