Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan dövlət xərclərinin ünvanlılığını artırır (ƏLAVƏ OLUNUB)
Tarix: 13-10-2015 | Saat: 16:01
Bölmə:M / İqtisadiyyat / M2 | çapa göndər

Azərbaycan dövlət xərclərinin ünvanlılığını artırır (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir Ənvər Məmmədov/

2016-cı ildə Azərbaycanın büdcə xərclərinin ünvanlılığını artırmaq üçün "digər xərclər" maddəsi üzrə planlaşdırılmış xərclər cari illə müqayisədə 350 milyon manat və ya 20,3 faiz azaldılıb.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin plenar iclasında 2016-cı il və növbəti üç il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, büdcə xərclərindən 5,364 milyard manat konkret layihələrin maliyyələşdirilməsinə yönəldiləcək ki, bu da ünvanlılığın artırılmasının əsas şərtlərindən biridir.

Nazir bildirib ki, 2016-cı ilin icmal büdcəsinin gəlirləri 16,72 milyard manat, xərcləri isə 19,907 milyard manat səviyyəsində proqnozlaşdırılır: "İcmal büdcəyə daxil olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri və xərcləri 3,079 milyard manat səviyyəsində olacaq ki, bunun da 35,7 faizini (1,1 milyard manat) dövlət büdcəsindən transfertlər təşkil edəcək".

S.Şərifov qeyd edib ki, 2016-cı il üçün Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin xərcləri 8,2 milyard manat səviyyəsində planlaşdırılıb ki, bu da cari ilin analoji göstəricisindən 33,4 faiz (4,105 milyard manat) azdır: "2016-cı ildə dövlət əhəmiyyətli bir sıra investisiya layihələrinin maliyyələşdirilməsinə SOFAZ-dan 2,2 milyard manat ayrılacaq. Qalan 6 milyard manat transfer qismində dövlət büdcəsinə köçürüləcək".

Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasının büdcəsinin xərcləri 351 milyon manat səviyyəsində proqnozlaşdırılır, bu vəsaitin 19,6 faizi (69 milyon manat) MR-in öz vəsaitləri, 80,4 faizi isə (282 milyon manat) dövlət büdcəsindən dotasiyalar hesabına formalaşdırılacaq.

2016-cı ilin dövlət büdcəsinin gəlirləri 14,566 milyard manat səviyyəsində proqnozlaşdırılır ki, bu da ÜDM-in 25,2 faizini təşkil edir. Xərclər isə 16,264 milyard manat (28,2 faiz) proqnozlaşdırılır.

2016-cı ilin büdcə kəsiri 1 698 milyon manat və ya ÜDM-in (onun həcmi 57,7 milyard manat həcmində müəyyənləşdirilib) 2,9 faizi səviyyəsində proqnozlaşdırılır.trend


Xəbəri paylaş

6098 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___