Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ABŞ-dan Sərkisyana böyük zərbə
Tarix: 28-03-2015 | Saat: 20:51
Bölmə:M / Karusel / Dünya | çapa göndər

ABŞ-dan Sərkisyana böyük zərbə

ABŞ Konqresində 2016-ci ilin büdcəsindən Azərbaycana və Ermənistana pul ayrılması müzakirələri zamanı narazılıqlar yaranıb.

Xeberaz.az ANS-in məlumatına görə xəbər verir ki, narazılığa səbəb Konqresin ölkənin büdcə komitəsinin keçirdiyi iclasında Ermənistana 40 milyon yardım ayırmaq istəməsi olub. Bu təklif nəinki Azərbaycan tərəfinin, həmçinin ABŞ-da bir sıra siyasi dairələrin narazılığına səbəb olub.

Amerikalı ekspertlər isə hesab edirlər ki, ABŞ Ermənistana yardım məsələsində ehtiyatlı olmalıdır.

Ekspert Luk Koffi bildirib ki, ABŞ köməyə ehtiyacı olan dövlətlərə yardımını əsirgəmir.

“Amma burada çox incə bir məqam var. Ermənistan həm köməyə humanitar yardıma ehtiyacı olan, həm də Azərbaycanın ərazilərinin işğalda saxlayan bir dövlətdir. Ona görə də ABŞ bu məsələyə çox ehtiyatla yanaşmalıdır ki, Ermənistana ayrılan pullar ölkənin hərbi imkanlarının artırılmasına və ya işğal etdiyi Dağlıq Qarabağa xərclənməsin. Nəzərə alsaq ki, ABŞ- da güclü erməni diasporu var, onların isə Konqresə təsir imkanları var. Cənubi Osetiya, Abxaziya, Krım, Donbas Rusiya hərbçiləri tərəfindən işğal edilib. Bu ərazilərə isə ABŞ yardım ayırmır”-deyə Luk Koffi bildirib.


Xəbəri paylaş

7288 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___