Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazirlik və Komitəyə əlavə tapşırıqlar verildi
Tarix: 12-10-2015 | Saat: 21:49
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Nazirlik və Komitəyə əlavə tapşırıqlar verildi


Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb

Dəyişikliklərə əsasən fərmana aşağıdakı məzmunda 2.17-1-ci bənd əlavə edilir:

“2.17-1. həmin Məcəllənin 221.3-cü və 323.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirir;”.

3.11-ci bənd aşağıdakı redaksiyada verilir:

“3.11. həmin Məcəllənin 90.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerquruluşu və kadastr məqsədləri üçün daimi fəaliyyət göstərən geodeziya istinad məntəqələrinin sıradan çıxarılması ilə əlaqədar inzibati xətalar haqqında işlərə isə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi baxır.”.

3.13-cü bənd aşağıdakı redaksiyada verilir:

“3.13. həmin Məcəllənin 109.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, xüsusi (sahəvi) təyinatlı geodeziya materiallarının və məlumatlarının, avadanlığının və cihazlarının ticarət dövriyyəsinə daxil edilməsi ilə əlaqədar inzibati xətalar haqqında işlərə isə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi baxır;”.

Fərmana aşağıdakı məzmunda 3.13-1-ci bənd əlavə edilir:

“3.13-1. həmin Məcəllənin 109.0.2-ci və 109.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerquruluşu və kadastr məqsədləri üçün daimi fəaliyyət göstərən geodeziya istinad məntəqələrinin korlanması, yaxud məhv edilməsi, yerlərinin dəyişdirilməsi, habelə belə məntəqələrin yenidən qurulması, yaxud yeni məntəqələrin quraşdırılması ilə əlaqədar inzibati xətalar haqqında işlərə isə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi baxır”.


Xəbəri paylaş

5148 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___