Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türkiyə vertolyotları Ermənistanın hava məkanına girdi
Tarix: 10-10-2015 | Saat: 17:04
Bölmə:M / Karusel / Hadisə / M2 | çapa göndər

Türkiyə vertolyotları Ermənistanın hava məkanına girdi




Türkiyə vertolyotları Ermənistanın hava məkanına girdi
İnsident Armavir vilayətində baş verib.


Türkiyə vertolyotları bu günlərdə iki dəfə Ermənistanın hava məkanına girib.

Xeberaz.az-ın Virtualaz.org-a istinadən xəbərinə görə, bunu ermənilərin “Qraparak” qəzeti yazıb.

Qəzetin yazdığına görə, həmin məsəl hakim Respublika partiyasının bu günlərdə keçirilən iclasında da müzakirə olunub.

Faktı Milli Aviasiya Baş İdarəsinin rəisi Artyom Movsisyan da təsdiqləyib. Rəis vurğulayıb ki, Türkiyə vertolyotları Ermənistanın hava sərhədini pozmağa həqiqətən də cəhd ediblər:
“Bu cür faktlar oktyabrın 6-da və 7-də qeydə alınıb. Sərhədin pozulması 2-4 dəqiqə çəkib. Xüsusi reqlamentə uyğun olaraq tərəfimizdən lazımi tədbirlər görülüb. Həmçinin Ankaradakı dispetçerlə hava gəmisinin hansı tipdən olduğu dəqiqləşdirilib”.

A.Movsisyanın sözlərinə görə, hava sərhədini pozan hərbi sərnişin vertolyotları olub. Lakin onlar çox da içəri keçməyərək, Ermənistan ərazisini tələsik tərk ediblər.

İnsident Ermənistanın Armavir vilayətində baş verib. Marşrut isə İqdır-Qars olub.


Xəbəri paylaş

5688 dəfə oxunub.

Digər xəbərlər
10-05-2016, 15:06 Namazov özünü asdı

bütün xəbərlər
____ Instagram ___