İran Həcdə ölənləri - Tehranda rəsmi mərasimlə qarşılanıb
Tarix: 04-10-2015 | Saat: 12:24
Bölmə:M / Karusel / Dünya | çapa göndər
Həcc faciəsində ölən iranlı zəvvarlardan 104-nün nəşi ölkəsinə göndərilib
İran rəsmiləri bəyan edir ki, Məkkədə həyatını itirən İran vətəndaşlarının sayı 464-dür və Səudiyyə Ərəbistanı ölənlərlə bağlı həqiqi rəqəmi açıqlamır.
Tehran həmçinin Səudiyyəni zəvvarların təhlükəsizliyini təmin edə bilməməkdə ittiham edir.
Səudiyyə hökuməti isə ölənlərin ümumi sayının 769 olduğunu bəyan edir. Və İranı insan faciəsindən siyasi məqsədlər üçün istifadə etməkdə günahlandırır.
Ölkənin xarici işlər naziri Adel Cubeyr Tehranı iş üzrə aparılan istintaqın nəticələrini gözləməyə çağırıb.
Qarşılama mərasimində çıxış edən İran prezidenti Həsən Ruhani Səudiyyə hökumətinə hədə tonlu ultimatum göndərib: «Zəvvarların ölümü hamı üçün böyük sınaq oldu. Bu insidentin gedişində biz dostluq, qardaşlıq və diplomatiya dili ilə danışırdıq. Amma lazım gəlsə, güc dilindən istifadə edəcəyik».
Qeyd edək ki, Səudiyyə Ərəbistanı bu günə qədər ölənlərlə bağlı detallı məlumat yaymayıb.
BBC hesab edir ki, məlum faciədə dünyanın 34 ölkəsindən 1216 nəfər həyatını itirib.
Xəbəri paylaş
5928 dəfə oxunub.
Digər xəbərlər

17-08-2017, 16:48
Əfqan Muxtarlı və Gözəl Bayramlının həbs müddəti uzadıldı
25-01-2023, 11:19
Şuşa və Laçında yaşamaq istəyələrin NƏZƏRİNƏ! - Pul veriləcək...
11-08-2017, 12:08
Çoban idi, indi toylarda oxuyur - Video
17-10-2016, 12:28
Putin: Qarabağ münaqişəsi ilə bağlı ...
13-07-2019, 11:22
Aygün Kazımova seksual obrazda - VİDEO
17-02-2018, 11:37
Qan qrupuna görə EVLİLİK - Kimlərlə evlənmək OLMAZ?
4-06-2018, 10:20
Azərbaycan yolların keyfiyyətinə görə dünya – REYTİNQİNDƏ
3-03-2017, 21:44
Tramp: “ABŞ yenidən qalib gələcək”
16-12-2021, 14:33
Azərbaycanda qadın qonşu kişini bıçaqladı
6-07-2017, 21:50
UEFA-dan “Zirə”yə xüsusi icazə