“Azərenerji“ işçilərinin maaşını verə bilmir
Tarix: 04-10-2015 | Saat: 12:20
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
"Azərenerji" ASC-də işçilərin əmək haqlarının ödənilməsindəki problemlər dərinləşir
Bakıda şirkətin işçilərindən biri "Turan"a bildirib ki, hələ avqust ayının maaşını almayıblar.
ASC-nin digər regional şöbələrinin işçiləri agentliyə bildiriblər ki, adətən əmək haqları ayın ilk günlərində kredit kartlarına ödənilirdi. Amma devalvasiyadan sonra may ayından maaşı ayın üçüncü ongünlüyündən ödəməyə başlayıblar. İndi isə maaş almayıblar.
Şirkətdə bu fakt üzrə şərh almaq mümkün olmayıb.
Milyardlarla investisiyalara baxmayaraq "Azərenerji" özünü səmərəsiz şirkət kimi göstərib. Onun aldığı yanacağa görə SOCAR-a borcu son 3 ildə yarım milyard manata çatıb. ASC-yə dəstək üçün Nazirlər Kabineti 31 dekabr, 2020-ci ilə kimi "Azərenerji"nin regional paylayıcı şəbəkələrinin vergi borcunun ödənilməsinin təxirə salınması barədə qərar qəbul edib. Bu şəbəkələr yayda "Azərişıq" ASC-nin balansına verilib.
Fitch Ratings reytinq agentliyi iyunda qeyd edib ki, manatın 34% devalvasiyası "Azərenerji"nin kredit qabiliyyətini azaldır. Səbəb borcla gəlir arasında valyuta uyğunluğunun olmamasıdır. 2014-cü ilin sonunda şirkətin borcunun 80%-i xarici valyuta ilə idi. Amma gəlirlərin hamısı milli valyuta ilədir.
Şirkətin aktivləri problemlidir. Bunun aradan qaldırılması üçün 2015-2017-ci illərdə 2 milyard manat tələb olunur. Yaxın 3 ildə şirkətin pul gəlirləri iki dəfə azalaraq 2011-2014-cü illərdə 230 milyon manatdan 2015-2018-ci illərdə 125 milyon manata düşəcək.
Xəbəri paylaş
6868 dəfə oxunub.
Digər xəbərlər

18-08-2016, 12:02
Burakla Fahriye kameralara belə görüntüləndi - FOTOLAR
26-03-2015, 17:48
Bakıda rəis müavini döyüldü
19-05-2020, 13:40
Narkoman olmamaq üçün nə etməliyik-Raqif Allahverdi
18-07-2016, 17:59
Nikah şəhadətnaməsini tələb edən hotellər – SİYAHI
30-11-2015, 18:21
Ərdoğan Nazarbayevə zəng edib nə istədi?
30-06-2015, 20:20
İŞİD Türkiyə-Suriya sərhədinə mina döşəyir (VİDEO)
29-06-2015, 18:48
Cəbhə boyu Ermənistan silahlı birləşmələrinin təxribatları yalnız atəşkəs rejimini pozmaqla yekunlaşmır (FOTO)
20-08-2020, 14:49
“Əllərim qıc olmuşdu, su da içə bilmirdim” – Elza Seyidcahan
29-03-2022, 10:46
Göyçayda qəribə hadisə: yeniyetmə oyuncaq tapança ilə 45 min manatlıq qızıl oğurladı - VİDEO - FOTO
30-01-2018, 20:19
Bu telekanalların hər birinə 600 min manat ayrıldı - SİYAHI