Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Adil Vəliyevin özbaşnalıqlarının bu həddə çatmasında əsas rol məhkəmə orqanlarına məxsudur“.
Tarix: 03-10-2015 | Saat: 21:25
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz-ın debatı | çapa göndər

“Adil Vəliyevin özbaşnalıqlarının bu həddə çatmasında əsas rol məhkəmə orqanlarına məxsudur“.

Aslan İsmayılov: "Bu biabırçılıqlardan sonra Ədliyyə Naziri hansı məhkəmə müstəqilliyindən danışa bilər?"

Tanınmış hüquqşünas Aslan İsmayılovun Sabunçu rayon İcra Hakimiyyəti ilə qovğası davam edir.

Aslan İsmayılov özünün facebook səhifəsində münasibətlərdəki son durum barədə yazıb. Tanınmış hüquqşünasın yazdıqlarından məlum olur ki, artıq məsələyə prokurorluq orqanları da qarışıb.

"Sabunçu Rayon İcra Başçısı Adil Vəliyevin qanunsuz əməlləri barədə əvvəllər də yazılarımda bildirmişdim. A.Vəliyevin özbaşnalıqlarının bu həddə çatmasında əsas rol isə yerli hüquq-mühafizə və məhkəmə orqanlarına məxsudur. Söylədiyim fikri DİN və Məhkəmə Hüquq Şurasının rəhbərliyinə də bildirmişəm. A.Quliyevin mülkiyyətində olan torpaq sahəsinə qanunun imkan verdiyi kimi hasar çəkdirmək istəyəndə icra hakimiyyətinin işçiləri ondan rüşvət tələb ediblər. Bu qanunsuz tələbə etiraz edən A.Quliyev hasar tikdirərkən onun üstünə icra hakimiyyətinin işçiləri gah Qarabağ müharibəsi, gah da torpağa heç bir aidiyyəti olmayan şəxsləri salıb hasar tikintisinə mane olurlar. Bu qanunsuzluqlar barədə etdiyimiz şikayətlərə isə hüquq-mühafizə orqanları, sadəcə, baxmırlar.

27 sentyabr 2015-ci il tarixdə isə adı qanunsuzluqlarda hallanan Rafael Abdullayev bu işə Bəhruz Həsənov adlı birisini cəlb edir və onun vasitəsi ilə tikinti aparan fəhlələri söydürür, tikilmiş hasarı sökdürür. A.Vəliyevin göstərişi ilə orada olan 10 PB 588 nömrəli "Volkswagen" maşınında gələn Sabunçu İcra Hakimiyyətinin işçisi Həbib, Kürdəxanı İH nümayəndəsi Rafiq Rzayev və Kürdəxanı Bələdiyyəsinin sədr müavini Pərviz Dadaşov adlı şəxslər isə həmin Bəhruz Həsənova etdiyi özbaşnalıqlara göz yumub hasar sökməsinə şərait yaradırlar. Baş verən xuliqanlıq və başqasının əmlakını məhv etmə cinayətləri videokameraya alınıb Sabunçu Polis İdarəsinə və DİN-ə göndərilib. Əvəzində araşdırma aparan 15-ci polis bölməsi həbs edilməli olan Bəhruz Həsənovu azad edir və zərərçəkəni saatlarla polis bölməsində torpağı haradan, kimdən, necə alması barədə sorğu-suala tutur. Mənim müdaxiləmdən sonra A.Quliyev polis bölməsindən buraxılır. Bu günə qədər də 15-ci Polis bölməsi Adil Vəliyevin göstərişi ilə törədilmiş cinayəti yox, qanun əsasında reyestrdən çıxarışı olan torpaq sahəsinin araşdırılması ilə məşğuldur. Etdiyim çoxsaylı şikayətlərdən sonra bu gün bütün materiallar Sabunçu Rayon Prokurorluğu tərəfindən 15-ci polis bölməsindən araşdırma üçün tələb edilib. İnanmaq istəyirəm ki, Prokurorluq da Adil Vəliyevin göstərişi ilə yox qanun əsasında fəaliyyət göstərəcək.

Göstərdiklərimdən də böyük qanunsuzluq ondadır ki, Sabunçu rayon Məhkəməsinin hakimi Ziya Şirinov bizim xəbərimiz olmadan, adını birinci dəfə bu hakimin qətnaməsindən eşitdiyimiz, İsmayılov Arif İsmayıl oğlu adlı birisinin ərizəsi əsasında artıq yekunlaşmaqda olan hasar tikintisini dayandırmaq haqqında məhkəmə qərarı da çıxarıb. Bunu bizə tikintini dayandırmaq üçün gələn məhkəmə icraçıları bildiriblər. Dünən qərarı alan kimi dərhal şikayət ərizəsi ilə Sabunçu rayon məhkəməsinə müraciət etmişəm. Bu gün Ziya Şirinovun köməkçisinə zəng edib məhkəmənin nə vaxt keçiriləcəyini soruşam. Bildirilir ki, məhkəməyə gəlmədiyimizdən artıq işə baxılıb və şikayətimiz təmin olunmadan baxılması üçün Apellyasiya məhkəməsinə göndərilib. Birinci məhkəməyə nə üçün dəvət edilməmişik, Arif İsmayılov bizə məxsus olan torpağa hansı sənədləri təqdim edib, şikayət versək də nə üçün yenidən məhkəməyə çağırılmamışıq və s. və i.

Bu biabırçılıqlardan sonra Məhkəmə Hüquq Şurasının sədri və Ədliyyə Naziri Fikrət Məmmədov hansı məhkəmə müstəqilliyindən danışa bilər?

P.S. Məhkəmə demişkən, sabahkı yazımda Ali Məhkəmənin məşhur hakimi Ənvər Şadıyevin də "fəaliyyəti"ni işıqlandıracam."
Aia.az


Xəbəri paylaş

8318 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___