Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Biz rusiyalıları terrorizm təhlükəsindən qoruyuruq“
Tarix: 03-10-2015 | Saat: 21:19
Bölmə:M / Karusel / Siyasət / Müsahibə | çapa göndər

“Biz rusiyalıları terrorizm təhlükəsindən qoruyuruq“

Rusiya baş naziri: “Terrorizmlə xaricdə mübarizə aparmaq yaxşıdır, nəinki ölkə daxilində”

Rusiyanın baş naziri Dmitri Medvedev bəyan edib ki, Rusiya Federasiyası Hava kosmik qüvvələrinin Suriyadakı əməliyyatları rusiyalıları terrorizmdən qorumağa yönəlib, Oxu.Az “Rossiya 24” telekanalına istinadən xəbər verir.

“Müdafiə xərclərimiz az deyil, bu xərclər ölkəmizin cari vəziyyəti ilə əsaslanıb, eləcə də SQ-in yenidən formatlaşdırılmasını keçirmək lazımdır. Bu xərclər müxtəlif hərbi tapşırıqların da yerinə yetirilməsinə çatır, Rusiya silahlı qüvvələrinin hal-hazırda Suriyada həyata keçirdiyi əməliyyatlar məhz bu tapşırıqlar qəbilindəndir”, - Medvedev bəyan edib.

“Biz Rusiya xalqını terrorizmdən müdafiə edirik, çünki bunu xaricdə etmək ölkə daxilində etməkdən yaxşıdır “, - deyən Medvedev Rusiyanın “təəssüf ki, terrorizm ilə ağır təcrübəsi” olduğunu vurğulayıb.

RF prezidenti Vladimir Putin daha öncə Federasiya Şurasına Rusiya silahlı qüvvələrinin xaricdə istifadəsi üçün müraciət etmişdi. Federasiya Şurası bu müraciəti təsdiq etdi. RF Müdafiə Nazirliyi bildirib ki, Hava-kosmik qüvvələrinin təyyarələri Suriyada “İslam Dövləti” terrorçularının mövqelərinə zərbələr endirmək üzrə əməliyyatlara başlayıb.


Xəbəri paylaş

5488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___