Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Leyla Əliyevanın əl işi hərraca çıxarıldı - Foto
Tarix: 02-10-2015 | Saat: 17:15
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

“Leyla Əliyevanın əl işi hərraca çıxarıldı -  Foto



Xəbəraz.az buro247.az-a istinadən xəbər verir ki, heykəlləri onkoloji xəstəliklərlə mübarizə aksiyalarını dəstəkləyən "Cancer Research UK" xeyriyyə təşkilatı üçün "SomeOne" dizayner firması yaradıb. Heykəllərin tərtibatında Zaha Hadid, Tyerri Nuar və Edmund de Vaal kimi memar, dizayner və rəssamlar iştirak edib.

İctimai hərraclarda təqdim edilən heykəllərin sırasında Leyla Əliyevanın "Portağal ağacı" adlı işi də var. Onun yaradılmasına müəllifi mayesindən məşhur cemin hazırlandığı ispan portağal ağaclarının rəng qamması ilhamlandırıb. Leyla Əliyevanın sözlərinə görə, ağacın titrəyişi və onun narıncı barı hər və ümidi simvolizə edir. Hər yaz oyanan qədim ağac həyat davamlılığını və əbədi enerjini nümayiş edir.

Art-obyektlərin satışından əldə edilən gəlir Frants Krik İnstitutunun elmi araşdırmalar fonduna və onkoloji xəstəliklərlə mübarizə proqramına 100 milyon funtun tələb olunduğu Cancer Research Uk xeyriyyə mərkəzinə köçürüləcək.

Məşhur Zaha Hadid hərraca DNT spiralının qeyri-adi versiyasını - növbəti memarlıq layihəsinin hissəsi olmağa layiq olan tünd-göy spiral təqdim edib.

Xeyriyyə hərracının saytında ən bahalı işin müəllifi - ən tanınmış ingilis rəssam-keramikaçılarından biri, Britaniya imperiyasının kavaleri Edmund de Vaaldır. DNT spiralı yerinə rəssam ağ kövrək keramikadan ibarət installyasiya təqdim edir. Onun ilkin qiyməti 10 min funt sterlinqdir.
“Leyla Əliyevanın əl işi hərraca çıxarıldı -  Foto
“Leyla Əliyevanın əl işi hərraca çıxarıldı -  Foto
“Leyla Əliyevanın əl işi hərraca çıxarıldı -  Foto


Xəbəri paylaş

9328 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___