Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əli Həsənov: Azərbaycanda seçkilərin keçirilməsi üçün bütün şərait yaradılıb
Tarix: 02-10-2015 | Saat: 11:52
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Əli Həsənov: Azərbaycanda seçkilərin keçirilməsi üçün bütün şərait yaradılıb
“Bütün seçkilərdə müəyyən nöqsanlar istisna deyil”.

Seçki Mərkəzi Seçki Komissiyası və strukturları tərəfindən təşkil olunur, namizədlərin topladıqları səslərə uyğun mandatları təsdiq edilir. Azərbaycanın 23 illik müstəqillik tarixində 15-ə qədər seçki keçirilib. Bura parlament, bələdiyyə, prezident seçkiləri, referendum daxildir.

Xəbəraz.az xəbər verir ki, APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası və Mətbuat Şurasının birgə təşkil etdiyi “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-in rolu və vəzifələri” mövzusunda keçirilən seminarda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, 1995-ci ildə çoxpartiyalı sistem çərçivəsində ilk parlament seçkiləri keçirilib, daha sonra Konstitusiya qəbul olunub:

“Bütün seçkilərdə müəyyən nöqsanlar istisna deyil. Lakin ümumi tendensiyalara görə, Azərbaycanda indiyədək keçirilmiş seçkilər ədalətli və şəffaf kimi dəyərləndirilib. Bu seçki də istisna olmayacaq”.

Ə. Həsənov bildirib ki, MSK artıq bir institut kimi fəaliyyətini təkmilləşdirib: “Bütövlükdə Azərbaycanda hüquqi-siyasi proses olan seçkilərin keçirilməsi üçün bütün şərait yaradılıb”.


Xəbəri paylaş

5378 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___