Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İrandan bütün dünya müsəlmanlarını şoka salacaq iddia
Tarix: 29-09-2015 | Saat: 17:04
Bölmə:M / Karusel / Dünya | çapa göndər

İrandan bütün dünya müsəlmanlarını şoka salacaq iddia

Bu il Həcc ziyarətində 4 mindən çox zəvvar ölüb.


İranın Həcc və Ziyarət Təşkilatının bu il Məkkədə ölənlərin sayı ilə bağlı açıqlaması müsəlman aləmində şok xəbər olub.

ANS PRESS-in məlumatına görə, İranın Həcc və Ziyarət Təşkilatının başçısı Əvhədi Mina dağındakı izdiham zamanı 4 min 700 nəfərin öldüyünü deyib. İranın IRINN kanalında çıxışı zamanı Əvhədi təkcə ölən iranlıların sayının 769 olduğunu, bu rəqəmin hələ artacağını söyləyib. Xəsarət alanlar isə 934 nəfərdən çox olub.

Həyatını itirən zəvvarların dünyanın bir çox ölkəsindən gəldiyini nəzərə çatdıran Səudiyyə Ərəbistanı rəsmiləri, 1100 insanın kimliyinin artıq bəlli olduğunu vurğulayıb. Bütün ölən şəxslərin toplu şəkildə Məkkədə dəfn edilməsi və ölkələrinə göndərilməməsi fikrinə isə İranın Xarici İşlər Naziri Əmir Hüseyin Abdullahiyan qarşı çıxıb: "Biz bunun tam əleyhinəyik. Səudiyyə Ərəbistanının belə bir addım atmasına razı ola bilmərik", - deyə Hüseyin açıqlamasında bildirib.


Əmir Hüseyin Abdullahiyan - İranın Xarici İşlər Naziri
İrandan bütün dünya müsəlmanlarını şoka salacaq iddia

Digər tərəfdən Pakistanın baş naziri Navaz Şərif qəzada həyatını itirən və yaralanan pakistanlı hacıların əməliyyatları və son vəziyyətlə bağlı paytaxt İslamabadda mətbuat konfransı təşkil edib. Konfransda 40 pakistanlı zəvvarın öldüyünü, 63-nün isə itkin düşdüyünü deyən nazir ölən və yaralananlar üçün yardım da istəyib.


Navaz Şərif - Pakistanın baş naziri
İrandan bütün dünya müsəlmanlarını şoka salacaq iddia

Hindistanın xarici işlər naziri Suşma Svaraj da Mina dağında zərər çəkən zəvvarlarla bağlı pakistanlı baş nazirlə eyni fikirdədir. O, öz şəxsi "Twitter" səhifəsində ölən hindli hacılar haqqında yazıb və baş vermiş hadisədə Səudiyyə Ərəbistanını günahlandırıb.


Suşma Svaraj - Hindistanın xarici işlər naziri

İrandan bütün dünya müsəlmanlarını şoka salacaq iddia
Ümumiyyətlə isə, Mina dağında baş verən bu faciənin müxtəlif səbəbdən olduğu deyilir. Bəzi mənbələr bunun İran zəvvarları tərəfindən qəsdən edildiyini yazır. Belə ki, 300 nəfərdən ibarət olan İran zəvvarlarının bir qrupu Səudiyyə dövlət orqanlarının təlimatlarına əməl etməyib və bir anda digər ümumi axına qarşı hərəkət etməyə başlayıb. Nəticədə böyük izdiham yaşanıb.

Digər tərəfdən isə faciəyə Səudiyyə Ərəbistanı kralının oğlunun kortejinin səbəb olduğu deyilir. Qeyd edilir ki, şahzadənin maşın karvanına görə zəvvarların hərəkət istiqaməti dəyişdirilib və bu səbəbdən də faciə baş verib. Lakin Səud rəsmiləri bu məlumatı təqzib edib. Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud qəzanın baş vermə səbəblərini tezliklə araşdırılacağını söyləyib.


Məhəmməd bin Salman - Səudiyyə Ərəbistanı kralının oğlu
İrandan bütün dünya müsəlmanlarını şoka salacaq iddia
Baş vermiş bu hadisə Həcc mərasiminin icrasının Səudiyyə Ərəbistanından alınmasını gündəmə gətirdi. Bununla bağlı, xüsusən, İran və Türkiyə çıxış edib. Belə ki, prezident Ərdoğan məsələyə nöqtə qoyanadək Türkiyənin İranla həmfikir olduğunu deyib.

Bir çox ölkələr faciə ilə bağlı başsağlığı versələr də, İran məsələni siyasi krizisə çevirməkdə maraqlı olduğunu göstərib. Hətta, İranın dini rəhbəri Ayətullah Xamneyi Minadakı faciə ilə bağlı İslam dünyasını Səudiyyə Ərəbistanına qarşı addımlar atmağa dəvət edib. Builki Qurban bayramının yasa çevrildiyini bildirən ali dini rəhbər Səud ailəsini İslam dünyasından üzr istəməyə dəvət edib.


Ayətullah Xamneyi - İranın dini rəhbəri

İrandan bütün dünya müsəlmanlarını şoka salacaq iddia
İranın bu barədə təbliğatında iki məsələ nəzərə çarpır:

1.Həcc mərasiminin Səudiyyə Ərəbistanının əlindən alınması;

2.Şahzadə Məhəmməd ibn Salmanın faciəyə səbəb olması.

35 yaşlı şahzadə Yəməndə Husilərə qarşı əməliyyatlara başçılıq edir. Yəni ortada müsəlman təəssübkeşliyindən daha çox intiqam faktoru var.

Bundan başqa ərəb mətbuatı da iranlı zəvvarlarını hadisə baş verən kimi Məkkə küçələrində yürüş keçirərək, tıxaclara səbəb olmaqda və təcili yardım maşınlarının hadisə yerinə çatmasına mane olmaqda ittiham ediblər.


Xəbəri paylaş

6758 dəfə oxunub.

Digər xəbərlər
14-04-2015, 02:02 "Şirin zəhər"in tarixi
4-11-2016, 18:45 ANS-dən XƏBƏR VAR

bütün xəbərlər
____ Instagram ___