Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
AFFA rəhbərliyi ilə “İdman Azərbaycan” arasında - Qalmaqal
Tarix: 29-09-2015 | Saat: 01:28
Bölmə:M / Karusel / İdman | çapa göndər

AFFA rəhbərliyi ilə “İdman Azərbaycan” arasında - Qalmaqal
Hər həftənin bazar ertəsi İdman Azərbaycan telekanalında yayımlanan Azərbaycan çempionatına həsr olunmuş “Premyer Liqa” verilişi bu gün efirə getməyəcək.
Bu barədə İdman Azərbaycan kanalı məlumat yayıb. Sözügedən kanal buna səbəb kimi AFFA-nın baş katibi Elxan Məmmədovu göstərib. Belə ki, ki kanal və AFFA arasında yaranan qalmaqal çempionatın oyunlarının görüntülərini telekanala təmənnasız verən Peşəkar Futbol Liqasının bundan imtina etməsidir.

“İdman Azərbaycan”ın məsələ ilə bağlı yaydığı bəyanatı olduğu kimi təqdim edirik:

“Əslində burada PFL-in də günahı yoxdur. Çünki onlara da necə deyərlər AFFA-nın “yuxarı dairələrindən” belə bir tapşırıq verilib ki, çempionatın oyunlarının görüntüləri heç bir kanala verilməsin. Səbəb kimi AFFA özünün yaratdığı CBC Sport telekanalının yayım hüququna sahib olmasını göstərir. Yəni görüntülər ancaq bu telekanaldan xüsusi razılıqla alınmalıdır. Əlbəttə hüquqi cəhətdən telekanalın buna tam haqqı çatır. Ancaq digər tərəfdən Azərbaycanda futbolun hələ o dərəcədə inkişaf etmədiyini, bu idman növünün təbliği üçün ölkə mediasının xüsusilə də televiziya kanallarının rolunu nəzərə alsaq bu qərar absurd görünür. Çünki hazırkı vəziyyətdə futbolun inkişafını istəyiriksə, çempionatın təbliğinin normal getməsini təmin etmək üçün AFFA oyunların görüntülərinin də bütün teleməkanda yayımlanmasını təmin etməlidir. Əslində bu onların borcudur.

Ancaq futbolun inkişafı ilə bağlı dövlət proqramının müddəalarını belə qulaqardına vuran AFFA xüsusilə də baş katib Elxan Məmmədov ös istəyi ilə yaratdığı kanalı populyarlaşdırmaq və ən əsası Azərbaycan futbolu ilə bağlı hər şeyi öz monopoliyasında saxlamaq üçün belə bir göstəriş verib. Guya indi hansısa Azərbaycan kanalı müəyyən vəsait ödəyib görüntüləri alacaq? Bu, ən imkanlı kanalımız üçün belə məqbul sayıla bilməz. Çünki heç bir reytinqi olmayan çempionata görə vəsait xərcləməkdənsə, hansısa reytinqli başqa bir yarışı göstərmək daha məqsədəuyğundur.

Azərbaycanda əvvəllər belə təcrübədən istifadə etmək istəyən telekanallar olub. Ancaq ideyanın iflasa uğradığını görüncə bundan əl çəkiblər və çempionatın oyunları bütün telekanallar üçün açıq olub. Bəlkə də AFFA-nın baş katibi bu yeni qaydası ilə futbolumuza hansısa töhfə verəcəyini düşünür? Əsla. Bəs AFFA-nın futbolun təbliği ilə bağlı öhdəlikləri, prezidentin təsdiq etdiyi dövlət proqramının müddəalarını yerinə yetirmək? Bunlar necə olsun? Bütün bunlar üçün azarkeş kütləsi olmayan Azərbaycan çempionatının oyunlarının görüntülərini yayımlamağı qadağan etmək yox, əksinə bu görüntülərin bütün televiziya kanallarında getməsini təmin etmək, futbolun təbliğini gücləndirmək, Azərbaycan çempionatının populyarlaşmasını təmin etmək üçün futbolla bağlı verilişlərin kanallarda artmasını daha da artırmaq lazındır.

Nə yazıq ki, AFFA bunu etmək əvəzinə başqa yolu seçir. Ancaq dövlətin idman siyasətini daim təbliğ edən, Azərbaycan futbolunun indiyə qədər əsas təbliğatçısı olan İdman Azərbaycan kanalı çempionatın eksklüziv yayım hüququna sahib olduğu vaxtlarda heç vaxt çempionat görüntülərinin digər televiziyalarda yarımlanmasına qadağa qoymayıb. Hətta indi bu qadağanı qoyan əsas şəxs kimi baş katib özü hansısa kanallara görüntülərin verilməsini İdman Azəbaycanın rəhbərliyindən xahiş etmişdi. Çempionatı yayımlamaqla telekanalımızın əsas məqsədi də məhz ölkə futbolunun təbliği olub. Azərbaycan çempionatı ilə bağlı ilk və ən populyar verilişlərdən biri olan “Premyer Liqa” verilişi yayım hüqununa yiyələnməsək belə fəaliyyətini dayandırmadı və Premyer Liqamızın gedişatını, turla bağlı məqamları tamaşaçılara çatdırmağı özünə borc bildi.

Ancaq görünür, çempionatımızla bağlı digər kanallarda verilişlərin efirə getməsi AFFA rəhbərliyinə sərf etmir. Çünki həmin verilişlərdə səslənən haqlı iradlar federasiyanın yalançı təbliğatını kölgədə qoyur. Ona görə azarkeşlər və tamaşaçılar bizi bağışlasın “Premyer Liqa” verilişinin bu gün efirə getməməsinin əsas səbəbkarı AFFA və görüntülərin verilməməsi ilə bağlı gülünc qərarı verən federasiyanın baş katibi Elxan Məmmədovdur. Təəssüf ki, bəzən elə vəziyyət yaranır ki, şəxsi maraqlar tamaşaçı marağından üstün tutulur. Zərbə isə təbii ki, tamaşaçıya dəyir”.“Qafqazinfo”


Xəbəri paylaş

6998 dəfə oxunub.

Digər xəbərlər
23-03-2017, 19:08 256 il yaşadı

bütün xəbərlər
____ Instagram ___