Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Putin Suriyadakı rus qoşunları haqda
Tarix: 28-09-2015 | Saat: 00:27
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Putin Suriyadakı rus qoşunları haqda

Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Çarli Rouza müsahibəsində Rusiyanın Suriyadakı müharibədə iştirakı haqda danışıb.

Putinin CBS və PBS telekanallarında yayımlanan müsahibəsinin bir hissəsi Rusiya prezidentinin rəsmi saytında yerləşdirilib.

“Bizim Suriyadakı hərbi mövcudluğumuz bu gün yalnız Suriya hökumətinə silah-sursatla dəstək verməkdən, suriyalı hərbçiləri öyrətməkdən və Suriya xalqına humanitar yardım göstərməkdən ibarətdir” – deyə Rusiya prezidenti bildirib.

Putin deyib ki, Rusiya bu zaman beynəlxalq hüququn əsas prinsiplərindən kənara çıxmır: “Həmin prinsiplərə görə, istənilən növ yardım, o cümlədən hərbi yardım yalnız legitim hökumətlərə, özü də sonuncuların müvafiq razılığı və xahişi əsasında göstərilə bilər və göstərilməlidir. İndiki halda isə vəziyyət belədir ki, biz Suriya hökumətindən onlara hərbi-texniki yardım göstərmək xahişi ilə müraciət almışıq. Həmin yardımı da tam leqal beynəlxalq müqavilələr çərçivəsində göstəririk”.

Putin əlavə edib ki, Rusiya bu məsələdə hansısa formada bir koordinasiya qurumu yaratmağa çalışır: “Mən Türkiyə prezidentini, İordaniya və Səudiyyə Ərəbistanı krallarını bu məsələ ilə bağlı şəxsən özüm məlumatlandırmışam. Bizim ölkələrin hərbçiləri bu məsələni öz aralarında müzakirə edirlər. Terrorçulara qarşı mübarizə üçün ümumi platforma yarada bilsək, çox məmnun olarıq”.


Xəbəri paylaş

5368 dəfə oxunub.

Digər xəbərlər
10-10-2015, 18:15 Millimizin son ev oyunu
29-10-2023, 21:04 "Yarı həkim candan edər"

bütün xəbərlər
____ Instagram ___