Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda turizmlə bağlı yeni qurum yaradılır
Tarix: 24-09-2015 | Saat: 23:20
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

Azərbaycanda turizmlə bağlı yeni qurum yaradılır
Azərbaycanda turizm sahəsi üçün bələdçilər hazırlayacaq yeni qurum - Ekskursiya Bürosu fəaliyyətə başlayacaq.

Xəbəraz.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

Assosiasiya sədrinin sözlərinə görə, artıq oktyabrın ortalarından Ekskursiya Bürosunun fəaliyyətə başlaması nəzərdə tutulur.

Ekskursiya Bürosunun AzTA-nın tərkibində yaradılması nəzərdə tutulur. Büro tərəfindən təlim keçilməklə bələdçi olmaq istəyənlərə həm nəzəri, həm də praktiki biliklər öyrədiləcək. Təlimlər bələdçilərə peşəkarlar tərəfindən bır çox kriteriyalar nəzərə alınmaqla keçiriləcək.

Təlim kurslarının minimum 2 ay davam etməsi planlaşdırılır. Kursu keçdikdən sonra bələdçiyə sertifikatın verilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinə müraciət ediləcək: “Kursları bitirdikdən sonra fəaliyyət göstərmək üçün imtahan verib sertifikat alınmalıdır. Sertifikatsız fəaliyyət göstərmək mümkün olmayacaq. Artıq 20-yə yaxın şəxs kurslarda iştirak etmək üçün müraciət edib. Çox sevindirici haldır ki, onların çoxu gənc, intellektual insanlardır”.

Azərbaycanda belə bir büronun yaradılmasına ehtiyacın olduğunu deyən N.Bağırov bildirib ki, hazırda ölkədə bələdçilərin sayı çox azdır. Buna görə də turizm sahəsində bununla bağlı müəyyən problemlər yaranır, ölkəyə gələn turistlər bələçilərin olmamasından əziyyət çəkirlər.

N.Bağırov bildirib ki, büronu yaratmaqla qarşıya qoyulan məqsədlərdən biri bələdçilərin sayını artırmaq, eyni zamanda onların göstərdikləri xidmətlərin səviyyəsini yüksəltməkdir: “Niyyətimiz müxtəlif dilləri bilən, peşəkar bələdçilər yetişdirməkdir. Fikrimcə, bu, Azərbaycanda bələdçilik sahəsinin inkişafına böyük təkan verəcək”.


Xəbəri paylaş

7028 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___