Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyev Məkkə qurbanlarına görə başsağlığı verdi
Tarix: 24-09-2015 | Saat: 20:20
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

İlham Əliyev Məkkə qurbanlarına görə başsağlığı verdi
“Çox sayda zəvvarın həlak olması xəbəri bizi son dərəcə sarsıtdı”.

Azərbaycan Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda başsağlığı verib.

Xəbəraz.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:

“Həcc ziyarəti zamanı yaranmış qarışıqlıq nəticəsində çox sayda zəvvarın həlak olması və yaralanması xəbəri bizi son dərəcə sarsıtdı.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”


Xəbəri paylaş

5338 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___