Zakir Həsənov Belarus səfiri ilə görüşdü
Tarix: 23-09-2015 | Saat: 00:15
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Hərbi əməkdaşlıq müzakirə olundu.
Sentyabrın 22-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç ilə görüşüb.
Xəbəraz.az Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, səfirə diplomatik fəaliyyətində uğurlar arzulayan müdafiə naziri Azərbaycan ilə Belarus arasında hərbi sahədə mövcud əməkdaşlığın və qarşılıqlı inamın güclənməsinə xidmət edən fəaliyyətləri qeyd edərək dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələri xüsusi vurğulayıb.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan nazir qeyd edib ki, uzun illər davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional sabitliyə əsas təhlükədir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən səfir diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.
Diplomat Azərbaycan ilə Belarus arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğunu vurğulayıb.
Bundan əlavə, görüşdə Azərbaycan ilə Belarus arasında hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi, o cümlədən yeni hərbi texnologiyaların tətbiqi, mütəxəssislərin hazırlanması, Silahlı Qüvvələrin ekspertləri səviyyəsində qarşılıqlı təcrübə mübadiləsi, işçi görüşlərinin təşkili və digər məsələlər müzakirə olunub.
Xəbəri paylaş
5338 dəfə oxunub.
Digər xəbərlər

29-07-2017, 12:50
Zeytunun yarpağını qaynadıb içsəniz... - MÖCÜZƏ
20-02-2017, 18:42
Kişinin ideal ər olduğunu göstərən 10 ƏLAMƏT
7-02-2022, 10:58
Pərviz övladı ilə danışarkən göz yaşlarını saxlaya bilmədi - VİDEO
6-02-2016, 12:48
Bakı sakini özünü yandırdı
24-05-2021, 20:57
Hiyləgər erməni Gürcüstanda Azərbaycanlılarla Kürdləri biri-birlərinə qırdırdı-ÖLƏN VAR
20-09-2018, 10:38
İlyas İsmayılov: "Oğlumu borc üstündə öldürüblər"
22-05-2015, 14:41
Elnur mahnı oxumaqdan imtina etdi
30-10-2015, 14:20
AŞPA müşahidəçilərinin Azərbaycana səfəri başladı
11-09-2019, 12:40
"Çağırılmayan yerə necə gedək?" - REAL partiyasından AÇIQLAMA
11-01-2017, 14:14
Prezident Naxçıvana səfər edib - FOTO