Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Əlilləri işə götürənlər bu anlayışı hələ də başa düşməyiblər“
Tarix: 20-09-2015 | Saat: 17:47
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

“Əlilləri işə götürənlər bu anlayışı hələ də başa düşməyiblər“


Nazir müavini: "Əlilləri işə götürənlər bu anlayışı hələ də başa düşməyiblər"

"Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli fərmanının əsas məqsədi məmur-vətəndaş təmasının azalması və bu zaman yaranan neqativ halların qarşısının alınmasıdır".

Bu fikirləri APA TV-də efirə gedən "Sosium" proqramının qonağı, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov deyib.

Natiq Məmmədovun sözlərinə görə, fərmanın icrasında istiqamətlər müəyyənləşdirilib: "Fərmandan irəli gələn tapşırıqlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini, Səhiyyə Nazirliyini və Rabitə və Yüksək Texnologiyalar Nazirliyini əhatə edir. Nazirlər Kabinetinin göstərişinə əsasən, I və xüsusi hallarda II, III qruplar üzrə əlillik müəyyən edildikdə vətəndaşlara ömürlük əlillik dərəcəsi veriləcək. II və III qrup əlillik dərəcəsi olanlar 5 ildən az olmayaraq Tibbi Sosial Ekspert Komissiyalarına müraciət edəcəklər. Eyni zamanda, əlillik dərəcəsinin meyarlarında çox ciddi dəyişiklər olmalıdır. Artıq ƏƏSMN nəzdində fəaliyyət göstərən 38 TSEK elektron informasiya sisteminə keçidə başlayıb. Bu ilin axırına qədər bütün məlumat bazasında əlillik dərəcəsi alan şəxslərin məlumatları toplanacaq. Hər il təxminən 272-275 min vətəndaşımız təkrar və ya ilkin müayinə üçün TSEK-dən keçirdi. Lakin bu fərman sayəsində artıq il ərzində komissiyadan keçənlərin sayı təxminən 30-35 min nəfər olacaq. II qrup əlillik dərəcəsi olanlar komissiyadan cəmi iki dəfə, 5 ildən bir keçəcək. III qrup əlillik dərəcəsi alanlar isə komissiyadan 3 dəfə keçəcək".

Nazir müavini informasiya bazasının elektronlaşması nəticəsində vətəndaşların komissiyaya müraciətinin və növbəyə durmasının da asanlaşacağını deyib: "İnformasiya sisteminin tibbi sosial ekspertiza və reabilitasiya üzrə alt sistemi yaradılacaq. Buradan elektron hökumət portalına çıxış təmin olunacaq. Bu işlər Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Səhiyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Əvvəlki qaydadan fərqli olaraq, vətəndaş ilk növbədə səhiyyə müəssisəsinə müraciət edəcək və bu məlumat Səhiyyə Nazirliyindən elektron qaydada bizim mərkəzi serverə daxil olacaq. Sonra biz vətəndaşa mobil vasitə, sms, internet vasitəsilə nə vaxt, harada, hansı TSEK-ə müraciət etməli olduğunu bildirəcəyik. Bu isə komissiyalarda növbələrin qarşısını alacaq. Eyni zamanda vətəndaş özü də bizə elektron qaydada müraciət edə bilər".

Natiq Məmmədov əlillik dərəcəsinin müəyyənləşdirilməsi üçün meyarların dəyişdirilməsinə zərurətin də səbəblərini izah edib: "1997-ci ildə qəbul edilmiş əlillik dərəcəsi meyarlarında çox ciddi dəyişiklik etməliyik. Səhiyyə inkişaf edir və artıq mürəkkəb əməliyyatlar uğurla həyata keçirilir. Ona görə də biz diaqnozların sərtləşməsini qərara almışıq. Heç də bütün xəstələr əlil deyil".

Qonaq ƏƏSMN-nin həyata keçirdiyi reabilitasiya tədbirlərindən də danışıb: "Hər il TSEK-ə müraciət edən xəstələrin 3- 3,5 faizi reabilitasiyaya cəlb olunur. I qrup əlillərin reabilitasiyası, demək olar ki, yox dərəcəsindədir. Lakin II və III qruplar reabilitasiya olunur. Hazırda bizim reabilitasiya şəbəkəsi də artmaqdadır. Bundan əlavə, hər il əlilləri xarici ölkələrə də müalicəyə göndəririk. Bunun üçün SN-nin nəzdində respublikadan kənar müalicə olunmaq üçün xüsusi komissiya fəaliyyət göstərir. Lakin düşünürəm ki, yaxın gələcəkdə öz reabilitasiya şəbəkəmizin inkişafı sayəsində xəstələri heç xaricə göndərməyə ehtiyac olmayacaq".

Nazir müavini onkoloji xəstəliklərdən əziyyət çəkənlərin əlillik dərəcəsi almasının ləngidilməsi ilə bağlı narazılıqlara da münasibət bildirib: "Onkoloji xəstələrə fərdi yanaşma olmalıdır. Elə onkoloji xəstələr var ki, həqiqətən də əmək qabiliyyətsizdir, ciddi qayğıya ehtiyacı var. Amma elə xəstələr də var ki, 10 illərlə müalicə olunurlar və əmək qabiliyyətlidirlər".

Nazirlik rəsmisi əlillərin işlə təmin olunması ilə bağlı çətinliklərə də toxunub: "Azərbaycan Respublikası Əlillərin Hüquqlarına dair Beynəlxalq Konvensiyanı ratifikasiya edib, ilk dəfə BMT-yə konyunktur hesabat verdik, keçən il isə Cenevrədə BMT-nin xüsusi komitəsində ölkə hesabatı dinlənildi. Həmin konvensiyanın şərtlərinə görə, əlil vətəndaşlar sağlam vətəndaşlarla bərabər tutulmalı və bütün hüquqlardan istifadə etməlidir. Lakin təəssüf ki, əlilləri işə götürənlər bu anlayışı hələ də başa düşməyiblər. İdarələrdə və iş yerlərində əlillər üçün xüsusi şərait yaradılmalıdır, panduslar quraşdırılmalıdır, onlar üçün 6 saat iş vaxtı müəyyən olunub. Əqli cəhətdən sağlam olub oturaq işdə işləmək qabiliyyəti olan əlil vətəndaşlarımız çoxdur. Nümunə üçün qeyd edim ki, sonuncu London Olimpiadasında bizim paraolimpiyaçılarımız Azərbaycana 13 medalla qayıtdılar".

Qonaq ƏƏSMN tərəfindən əlillərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər barədə də məlumat verib: "Gələn həftə Ağdam, Yevlax, Bərdə və Ağcabədidə əlillər üçün nəzərdə tutulmuş 50-yə yaxın fərdi yaşayış evi təqdim olunacaq. Bu yaxınlarda nazirliyin sifariş etdiyi 100 avtomobil də əlillərə paylanacaq. Bundan əlavə, ehtiyacı olanlar eşitmə cihazları, protez-ortopedik məmulatlar, əlil arabaları ilə də dövlət hesabına pulsuz qaydada təmin olunurlar. Bu sahədə də maarifləndirmə işi aparılmalıdır, çünki əksəriyyət necə müraciət etmək lazım olduğunu bilmir. İlin axırına qədər gözdən əlillər üçün nəzərdə tutulan 132 mənzilli binanı istifadəyə verəcəyik. Bu yaxınlarda Binəqədi rayonunda da Qarabağ əlilləri və şəhid ailələri üçün evlər istifadəyə veriləcək. Hazırda Nizami rayonunda əlillər üçün yeni yaşayış binası tikilir".

Söhbətin sonunda Natiq Məmmədov fərmanın əlillərə xidmətin keyfiyyətinə də təsir edəcəyini bildirib: "2010-cu ildə müayinədən keçən əlillərin sayı 1 milyon 318 min 962 nəfər olub. 2014-cü ildə ilk dəfə müayinədən keçən əlillər 30 min nəfər olub, təkrar müraciətlər isə 192 min 950 nəfər təşkil edib. Azərbaycan Respublikası prezidentinin 14 sentyabr tarixli fərmanının icrasından sonra bu rəqəm ən azı 7-8 dəfə azalacaq. Yəni əgər əvvəl hər TSEK gündə 30-40 nəfəri qəbul edirdisə, bu rəqəm gündə 4-5 nəfərə enəcək. Bu, həm xidmət və müayinənin keyfiyyətinə təsir edəcək və diqqətdən kənar qalan əlillərimiz olmayacaq".


Xəbəri paylaş

6128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___