Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hacı Qalib Salahzadə həcc ziyarətini yarımçıq qoyub Bakıya döndü
Tarix: 18-09-2015 | Saat: 13:27
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Hacı Qalib Salahzadə həcc ziyarətini yarımçıq qoyub Bakıya döndü

Milli Məclisin deputatı Qalib Salahzadə həcc ziyarətindən yarımçıq Bakıya dönüb

Avropa.info-nun əldə etdiyi məlumata görə, Qalib Salahzadə İstanbul aviareysi ilə Azərbaycana qayıdıb.

Qeyd edək ki, YAP-ın bu həftə açıqladığı siyahıda Qalib Salahzadənin namizədliyi irəli sürülməyib. YAP 27 saylı Sabunçu ikinci dairəsindən Cəbrayılova Dilarə Məmmədağa qızının namizəd olması ilə bağlı qərar qəbul edib.

Məlumatı saytımıza verən mənbə qeyd edib ki, Qalib Salahzadənin həcc ziyarətini yarımçıq qoyub Bakıya dönməsi onun yenidən deputat seçilmək arzusu ilə bağlıdır: "Hacı Qalib yenidən deputatlığa namizəd olmaq üçün danışıqlar aparmaq istəyir".

YAP icra katibinin müavini Siyavuş Novruzov isə bugünkü müahibəsində partiyanın qərarından kənar namizəd olmaq istəyənlərin üzvlükdən xaric oluncaqlarının anonsunu verib.

Xatırladaq ki, Q.Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin qudasıdır.

O, hazırda 27 saylı Sabunçu ikinci dairəsindən Milli Məclisin deputatıdır.


Xəbəri paylaş

5878 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___