Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Rövşən Lənkəranski” və “Şakro” türməyə nə xəbər göndərib…
Tarix: 17-09-2015 | Saat: 16:19
Bölmə:M / Karusel / Gündəm / Araşdırma | çapa göndər

“Rövşən Lənkəranski” və “Şakro” türməyə nə xəbər göndərib…
Məşhur azərbaycanlı kriminal avtoritet, hazırda Türkiyədə olduğu təxmin edilən Rövşən Canıyevin (“Rövşən Lənkəranski”) killerlər briqadasının komandiri kimi tanınan Ülfət Tağıyev hazırda cəza çəkdiyi Volqoqrad həbsxansında “vor zakon” hesab edilmir

Virtualaz.org saytı Rusiya cinayətkar aləmi üzrə ixtisaslaşmış primcrime.ru portalına istinadən xəbər verir ki, buna səbəb “Ded Xasan”ın öldürülməsindən sonra özünü kriminal aləmin kralı elan edən və İspaniya həbsxanasından buraxılaraq Rusiyaya qayıdan “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşovun qəbul etdiyi qərardır.


“Rufo Gəncinski”


“Rövşən Lənkəranski”

34 yaşlı Ülfət Tağıyev sui-qəsddə və digər cinayətlərdə ittiham olunaraq Moskva məhkəməsi tərəfindən 8 il həbslə cəzalandırılıb. Bu günlərdə onu Moskvanın Lefortovo təcridxanasından Volqoqrad vilayətindəki həbsxanalardan birinə etap ediblər. Ancaq həbsxanada məhkumlar onun “vor” statusunu tanımadıqlarını bildiriblər. Çünki həbsxanaya “Rufo Gəncinski” ləqəbli bu avtoritetin “vor” statusunun alındığına dair “ksiva” göndərilmişdi.

Nəticədə “Rufo” kriminal aləmin “baş ofisindən” tələb edir ki, onun statusunu birdəfəlik dəqiqləşdirsinlər. Tağıyevin tərəfdarları və əleydarları arasında gedən qızğın debatlardan sonra “Şakro” onun “vor” statusunun “qanuni” olmadığına qərar verib.

Xatırladaq ki, “Rufo”ya “vor zakon” statusunu Rövşən Canıyevin tərəfində olan avtoritetlərin toplantısında veriblər.

2012-ci ilin dekabrında Dubayda keçirilən toplantıda Rövşən Canıyevin keçmiş cangüdənləri olan Ülfət Tağıyev və “Hacı Beyləqanski” ləqəbli Hacı Talıbxanlı “vor zakon” statusu alıb. Bundan təxminən bir ay sonra Moskvada “Ded Xasan” ləqəbli məşhur avtoritet Aslan Usoyan öldürülüb.
“Ded”in qətlinə dair fərmanın Rövşən Lənkəranski tərəfindən verildiyinə dair iddialar var. “Rufo” isə əvvəlcə bu qətlin təşkilində şübhəli bilinib, ancaq ona qarşı rəsmi ittiham irəli sürmək mümkün olmayıb.

Tağıyev 2013-cü ilin sentyabrında Moskvada həbs edilib. Onu sifarişli qətldə təqsirli bilirlər. “Ded”in qətlində “Rufo”nun iştirakına dair birbaşa dəlil olmasa da “Matrosskaya tişina” təcridxanasında kriminallar onu “vor” kimi qəbul etməyiblər.

Təcridxananın administrasiyası isə ona divan tutulacağından ehtiyatlanaraq avtoriteti digər məhbuslardan təcrid edib. Nəhayət, məhkəmənin hökmü qüvvəyə minəndən sonra “Rufo”nu həbsxanaya etap ediblər.
Ancaq onun gəlişindən əvvəl həbsxanaya bir-birinə zidd iki “ksiva” göndərilmişdi. Rövşən Canıyevin başçılıq etdiyi qruplaşmanın Türkiyədən göndərdiyi “ksiva”da deyilirdi ki, Tağıyev “vor zakon”dur və ona bu titulun tələblərinə uyğun hörmət göstərilməlidir.

Rusiya kriminalitetinin “baş ofisi” isə onun “vor” statusundan məhrum edildiyinə dair “ksiva” göndərib.

Həbsxanadakı kriminal icma isə təzə sakinə necə münasibət göstərməyə qərar verə bilmədiyindən 57 yaşlı gürcüstanlı “vor zakon”, “Şoşiya” ləqəbli Nodar Cinçvelaşviliyə müraciət ediblər. Ancaq “Şoşiya” nə Rövşən Canıyevlə, nə onun düşmənləri ilə münasibətlərini korlamaq istəmirdi.


“Şakro Molodoy”

İşə bu yaxınlarda Canıyevin tərəfinə keçmiş “Kor Hüseyn” ləqəbli avtoritet qarışıb, ancaq “Rufo”nun məsələsini həll edə bilməyib. Nəticədə “Şoşiya” ən yuxarı instansiyaya – “Şakro”nun özünə müraciət edib.

“Şakro” isə “Rufo”nun “vor” olmadığına qərar verib və bu qərar Tağıyevin saxlanıldığı həbsxananın sakinlərinə çatdırılıb. İndi Rövşən Canıyevin bu qərardan sonra Zaxari Kalaşovla münasibətləri necə aydınlaşdıracağı maraq doğurur.

P.S. Sayt Rövşən Canıyevin və onun tərəfdarı olan bir neçə “vor zakon”un unikal fotosunu da yayıb. Fotoda “Rufo”, “Hacı Beyləqanski” və bir neçə gürcü “vor”lar yer alır.


Xəbəri paylaş

1 1968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___