Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan Dövlət Aqrar Universitetində “Bilik günü” qeyd olunub
Tarix: 17-09-2015 | Saat: 16:12
Bölmə:M / Karusel / Təhsil | çapa göndər

Azərbaycan Dövlət Aqrar Universitetində “Bilik günü” qeyd olunub

15 sentyabr 2015-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində “Bilik günü”nə həsr olunan tədbir keçirilib. Universitetin iqtisadiyyat korpusunun yeni istifadəyə verilmiş hissəsində keçirilən tədbiri giriş sözü ilə açan univeristetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov professor-müəllim və tələbə heyətini yeni tədris ili münasibəti ilə təbrik edib, onlara yeni uğurlar və nailiyyətlər arzulayıb. Tədris ilinə hazırlıqla bağlı universitetdə görülmüş işlər və qarşıda duran vəzifələr barədə danışan rektor 2015/2016-cı tədris ilində universitetə tələbə qəbulunun səviyyəsinin, onun strukturunda kənd təsərrüfatı ixtisaslarının xüsusi çəkisinin, beləliklə, dövlət sifarişi ilə təhsil alan tələbələrin sayının artmasının, əvvəlki tədris illəri ilə müqayisədə birinci kursa qəbul olunmuş tələbələrin daha yüksək bal toplamalarını görülmüş işlərin müsbət nəticələri kimi qiymətləndirib.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov nazir Heydər Əsədovun adından kollektivi təbrik edərək dövlətin aqrar sahəyə, onun kadr və elmi təminatına dəstəyindən danışıb. Nazir müavini qeyd edib ki, Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin 11 sentyabr 2015-ci il tarixli 93 nömrəli əmrinə əsasən kənd təsərrüfatı sahələrində daha çox ehtiyac duyulan ixtisaslara gənclərdə marağın artırılması məqsədilə 2015-ci ildə qəbul imtahanlarında 250-dən çox bal toplayaraq aqronomluq, zootexniklik və baytarlıq ixtisasları üzrə dövlət sifarişi əsasında universitetin bakalavriat pilləsinə qəbul edilmiş tələbələrə aldıqları təqaüddən əlavə Universitetin xüsusi (büdcədənkənar) vəsaitləri hesabına ayda 100 (yüz) manat ödəniləcəkdir. Bundan başqa, 2015/2016-cı tədris ilində universitetə müvafiq olaraq 674 və 672 bal toplamış 2 tələbəyə aldıqları təqaüddən əlavə xüsusi (büdcədənkənar) vəsaitlər hesabına ayda 100 (yüz) manat, 500-600 arasında bal toplayan tələbələrə isə 50 (əlli) manat məbləğində ödənilməsi haqqında qərar qəbul olunmuşdur. Bu isə gənclərin aqrar təhsilə olan marağının artmasına səbəb olan amillərdəndir.
Qəbul imtahanlarında yüksək bal toplamış birinci kurs tələbələrindən Aysel Arzu qızı Həsənova (674 bal), Məryəm İlham qızı Novruzova (672 bal) çıxış edərək respublikada yeganə ali aqrar təhsil müəssiəsi olan Azərbaycan Dövlət Aqrar Universitetini seçdiklərindən fəxr hissi keçirdikərini və bu təhsil ocağında yüksək səviyyədə təhsil alacaqlarına əmin olduqlarını bildiriblər.
Tədbirin sonunda yüksək bal toplayan 2 tələbəyə noutbuk, 5 tələbəyə planşet hədiyyə edilib.

ADAU-nun mətbuat xidməti













Xəbəri paylaş

1 4618 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___