Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezidentlərin görüşünə hazırlıq başladı
Tarix: 15-09-2015 | Saat: 15:04
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Prezidentlərin görüşünə hazırlıq başladı

"ATƏT-in Minsk qrupunun həmsədrləri BMT Baş Assambleyası çərçivəsində xarici işlər nazirlərinin görüşünü təşkil edəcək"

Xəbəraz.az xəbər verir ki, bu barədə "Report"a ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti addımlarını şərh edərkən bildirib.

Səfirin sözlərinə görə, BMT Baş Assambleyası çərçivəsində baş tutacaq görüş zamanı vasitəçilər nazirlərlə bu ilin sonunadək prezidentlərin növbəti görüşünün keçirilməsi imkanlarını müzakirə edəcəklər.

ABŞ səfiri həmsədrlərin regiona səfərinin dəqiq tarixinin isə məlum olmadığını bildirib: "Bu səfər payıza planlaşdırılır".

Qeyd edək ki, sentyabrın 15-də Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci sessiyasının rəsmi açılışı olacaq. Ümumi müzakirələr sentyabrın 28-dən oktyabrın 3-dək keçiriləcək.


Xəbəri paylaş

6188 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___