Direktor olmaq istəyənlər öz imkanlarını elektron qaydada da yoxlaya biləcəklər
Tarix: 13-09-2015 | Saat: 14:29
Bölmə:M / Karusel / Təhsil | çapa göndər
Azərbaycanda orta məktəb direktoru işləyən və ya direktor olmaq istəyənlər üçün yeni elektron resurs istifadəyə veriləcək
Bunu Trend-ə Təhsil Nazirliyinin Təhsilin inkişafı şöbəsinin müdiri Emin Əmrullayev deyib.
Artıq iki ildir ki, Təhsil Nazirliyi tərəfindən direktor olmaq istəyənlər üçün təlimlərin keçirildiyini xatırladan nazirlik rəsmisinin sözlərinə görə, bu ilin oktyabr-noyabr aylarında elektron təlimlərin ictimaiyyətə təqdim edilməsi planlaşdırılır. Artıq bununla bağlı videoların bir hissəsi hazırdır.
E.Əmrullayevin sözlərinə görə, seçilmiş namizədlər üçün ənənəvi təlimlərin keçirilməsi davam etdiriləcək. Elektron təlimlər isə açıq olacaq. Bu təlimlər məcburi xarakter daşımayacaq: "Kim istəsə, bu resursdan onlayn qaydada istifadə edə biləcək. Bu təlimlər vasitəsilə müəllimlər, direktorlar özlərini daim yoxlaya biləcəklər. Direktor olmaq istəyən, yaxud direktor özü bu təlimlərə könüllü şəkildə öz imkanlarını yoxlamaq baxımından cəlb oluna bilər".
Şöbə müdiri bildirib ki, bu il ən əhəmiyyətli məsələlərdən biri direktor olmaq istəyənlər üçün keçirilən təlimlərin standartının hazırlanması olub.
Xəbəri paylaş
5748 dəfə oxunub.
Digər xəbərlər

22-09-2020, 19:04
“Ermənistan Cənubi Qafqazda sabitliyə ən böyük əngəldir" - Ərdoğan
17-04-2021, 14:34
Ermənilər Kəlbəcərdəki qızıl mədəninə gələn yolu bağladı... - VİDEO
2-06-2016, 22:40
Bundestaq Türkiyəyə düşmənçilik etdi - Davudoğlu
31-12-2015, 01:50
“Qubaya qar yağır
5-06-2018, 20:13
Millimiz Qazaxıstana məğlub oldu
17-02-2020, 12:04
54 yaşlı kişi "İnstaqram"da narkomaniyanı meyxana ilə təbliğ etdi - Polis hərəkətə keçdi
22-06-2016, 19:09
Türkiyə ermənilərinin patriarxı İrəvan səfərini ləğv etdi
8-09-2017, 11:00
Prezident İlham Əliyev ATƏT PA sədrini qəbul edib
4-10-2023, 09:28
Bakıda avtomobil 1 yaşlı körpəni vurub