Məmmədyarovun daha bir diplomatı haqda şok - İddia
Tarix: 12-09-2015 | Saat: 21:43
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Azərbaycanın Niderland Krallığındakı səfirliyinin konsulu Nahid Muxtar oğlu Cəfərov tutduğu vəzifədən azad edilib.
Xəbəraz.az aznews.az-a istinadən xəbər verir ki, konsul vəzifəsindən kənarlaşdırılandan sonra, Bakıya, Xarici İşlər Nazirliyinə dəvət olunub. O, isə Bakıya gəlməkdən imtina edib və Niderland Krallığından sığınacaq istəyib.
Məlumata görə, N.Cəfərovun Bakıya gəlməkdən imtina etməsi onun İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri, “qiyamçı diplomat” Arif Məmmədovla çox yaxın münasibətlərinin olmasıyla bağlıdır.
Belə ki, işdən azad olunmasını məhz A.Məmmədovla yaxınlığı ilə əlaqələndirən keçmiş konsul Bakıda dostuyla əlaqədar sorğu-suala tutulacağını, ona açılmış cinayət işiylə əlaqədar dindiriləcəyini, hətta həbs edilmək ehtimalının olduğunu bilib. Buna görə də, ölkəsinə qayıtmaqdan imtina edib və sığınacaq üçün aidiyyəti yerlərə üz tutub.
Məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacızadə açıqlamasında faktı nə təkzib, nə də təsdiq etdi. Bildirdi ki, məsələdən xəbərsizdir: “Bununla bağlı suala dəqiq cavabı bazar ertəsi verə bilərəm”.
XİN-nin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə isə Xarici İşlər Nazirliyi sistemində ümumiyyətlə belə bir adam işləmir.
Xatırladaq ki, Arif Məmmədov iyun ayında İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən Avropa İttifaqı yanındakı səfiri vəzifəsindən geri çağırılıb. Onun vəzifədən çıxarılmasına səbəb kimi “Facebook” sosial şəbəkəsində mayın 19-da Binəqədi rayonunda 15 nəfərin ölümünə səbəb olan yanğınla bağlı üsyankar statusla çıxış etməsi göstərilir. Səfir postundan geri çağırılan Arif Məmmədovun Norveçdən sığınacaq istəyib. Onun haqqında, cinayət işi açılıb.
Bundan əlavə, A.Məmmədov məsələsindən sonra bir neçə azərbaycanlı diplomat işdən çıxarılıb. Onlar arasında Azərbaycanın Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar Həsənov da var.
A.Həsənov da bir neçə gün əvvəl Avstraliyadan sığınacaq istəyib.
Xəbəri paylaş
5488 dəfə oxunub.
Digər xəbərlər

27-02-2017, 10:33
Əməkdar artist təcili xəstəxanaya yerləşdirildi - FOTO
8-05-2019, 14:21
Bakıda polis özünü körpüdən atmaq istəyən qadını son anda xilas etdi
18-02-2016, 16:46
Ankara terroruna görə 12 nəfər saxlanıldı
12-08-2016, 01:26
ABŞ-dan Gülən-Türkiyə məsələsi ilə bağlı - Son nöqtə
20-12-2018, 16:06
Qayınanası və arvadını öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib
13-11-2021, 14:00
Şəhidin yeniyetmə bacısı dəm qazından boğulub ÖLDÜ - FOTO
22-07-2016, 16:55
Rəqsanə hamilədir? - bu foto hamını çaşdırdı
29-04-2018, 21:49
İnsanı kasıb edən SƏBƏBLƏR – Oxuduqca DƏHŞƏTƏ DÜŞƏCƏKSİNİZ
26-09-2017, 17:26
"Sevimli Mahnı" verlişinin növbətdi buraxılışı yayımlanıb