Prezident: Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirəcək
Tarix: 11-09-2015 | Saat: 21:28
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
“Birinci addım çox uğurlu olmuşdur”.
Azərbaycan Qazaxıstan, Türkmənistan üçün artıq tranzit ölkəyə çevrilibdir. Həm enerji daşıyıcıları, həm digər yüklər Azərbaycan ərazisindən keçir. Nəqliyyat təhlükəsizliyi Şuraya üzv olan hər bir ölkə üçün böyük əhəmiyyət daşıyır.
Xəbəraz.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bunu Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammitində prezident İlham Əliyev bildirib.
Prezidentin sözlərinə görə, Azərbaycan çalışır ki, müasir infrastrukturun yaradılması ilə bu işə töhfəsini versin.
“Hazırda Bakıda yeni böyük Beynəlxalq Dəniz Ticarəti Limanı inşa edilir. Bu limanın ümumi yükaşırma qabiliyyəti 25 milyon tona bərabər olacaqdır. Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam edir. Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri əminəm ki, yaxın aylarda yerinə yetirəcək. Bu dəmir yolu əslində Asiyanı Avropa ilə birləşdirən dəmir yoludur.
Qeyd etməliyəm ki, keçən ay Çindən Qazaxıstan ərazisindən Azərbaycana birinci sınaq konteyner qatarı da yola salınmışdır və hesab edirəm ki, artıq bu birinci addım çox uğurlu olmuşdur. Əminəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası başa çatandan sonra on milyonlarla yeni yük bizim ərazimizdən keçəcək və beləliklə, həm iqtisadi, həm siyasi maraqlarımızı təmin edəcək”, - deyə, İlham Əliyev bəyan edib.
Xəbəri paylaş
6638 dəfə oxunub.
Digər xəbərlər

24-12-2021, 10:36
Saçların tez-tez yağlanmasının 5 SƏBƏBİ
31-10-2016, 14:01
Aqil Acalov: "İraq türkmənlərinin faciəsinə susmağa haqqımız yoxdur!"
12-12-2015, 18:55
Bakıda “Lion” kafesində törədilən qətldə şübhəli bilinən şəxs tutulub
7-04-2017, 15:24
Əkiz bacıların avtomobillə vurduğu kişinin nəvəsi: Vəziyyəti ağırdır
18-07-2022, 15:10
Gömrük Komitəsinə rəhbərlik edəcək şəxs kimdir? - DOSYE
9-04-2022, 11:35
Həkim müayinəyə gələn qadını zorlayıb?.... - “Diaqnoz”un qoyduğu saxta diaqnozlar....
28-01-2017, 14:57
Kürdəmirdə maraqlı olay: Qaşqasında gözü var, yana baxır - FOTO
24-10-2018, 13:23
Çempionlar Liqasının oyunları bu kanallarda - siyahı