Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sekuta: Azərbaycan ABŞ-a dəstək verən ilk dövlətlər sırasında olub
Tarix: 11-09-2015 | Saat: 12:07
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Sekuta: Azərbaycan ABŞ-a dəstək verən ilk dövlətlər sırasında olub
Səfirlik məlumat yaydı.

2001-ci ilin 11 sentyabr hücumundan sonra Azərbaycan Birləşmiş Ştatlara dəstək verən ilk dövlətlər sırasında olub. Amerikalılar bu dəstəyi indi də dəyərləndirirlər.

Xəbəraz.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta 11 sentyabr hadisələrinin 15-cü ildönümü ilə bağlı bəyanatında deyib.

Sekutanın sözlərinə görə, o vaxtdan bəri Azərbaycanın ABŞ-a göstərdiyi dəstək artıb.

“Azərbaycan Əfqanıstanda ekstremizmə qarşı aparılan mübarizədə ABŞ-ın və NATO-nun tərəfdaşı olub. Azərbaycanın sülhməramlı qoşunları ABŞ-ın və NATO-nun hərbçiləri ilə çiyin-çiyinə duraraq əfqan xalqına sülh və demokratiyanı inkişaf etdirmək imkanı veriblər. Azərbaycan həmçinin NATO-nun Əfqanıstanda keçirdiyi əməliyyatların maddi-texniki təchizatı üçün nəqliyyatın fəaliyyətini təmin edib.

Azərbaycan ekstremist təşkilatların maliyyələşdirilməsinin qarşısının alınmasında ABŞ-la sıx əməkdaşlıq edib. Birləşmiş Ştatlar isə Azərbaycan hökumətinə sərhədlərinin daha yaxşı qorunması və ekstremist yönümlü şəxslərin tranzitinin azalması üçün yardımçı olub”, - deyə, Sekuta bildirib.


Xəbəri paylaş

5338 dəfə oxunub.

Digər xəbərlər
14-09-2016, 15:06 100 il yaşmağın SİRRİ

bütün xəbərlər
____ Instagram ___