Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yığmamız dünya ikincisi oldu
Tarix: 11-09-2015 | Saat: 03:38
Bölmə:M / Karusel / İdman / Gənclərimiz | çapa göndər

Yığmamız dünya ikincisi oldu

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək 31-ci Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə dünya çempionatı davam edir.

Xəbəraz.
az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından “Qafqazinfo”ya verilən məlumata görə, artıq çempionatda yunan-Roma güləşi yarışları başa çatıb.

Yunan-Roma güləşçilərimiz Rio Olimpiadasına 6 mümkün lisenziyadan 4-ünü (Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq)) qazanıb və lisenziya sayına görə, Rusiya ilə bərabər ilk sırada qərarlaşıb.

Çempionatı 1 qızıl (Rəsul Çunayev, 71 kq), 1 gümüş (Rövşən Bayramov, 59 kq) və 1 bürünc Saman Təhmasibi, 85 kq) medalla başa vuran yunan-Roma güləşi üzrə yığmamız komanda hesabında 39 xal toplayaraq ikinci olub. İlk sıranı 46 xalla Rusiya, üçüncü yeri 35 xalla Ukrayna komandası tutub.

Çempionatda uğurlu çıxış edən yunan-Romaçılarımız artıq vətənə yola düşüb. Bakı vaxtı ilə bu gün saat 21:00-da vətənə qayıdacaq güləşçilərimizin Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanma mərasimi təşkil olunacaq.


Xəbəri paylaş

9328 dəfə oxunub.

Digər xəbərlər
31-10-2017, 15:45 Sabahın havası

bütün xəbərlər
____ Instagram ___