Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dünya Gömrük Təşkilatının baş katibi İlham Əliyevin qəbulunda
Tarix: 07-09-2015 | Saat: 14:04
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Dünya Gömrük Təşkilatının baş katibi İlham Əliyevin qəbulunda

Azərbaycan prezidenti İlham Əliyev Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı qəbul edib

Qəbulda Azərbaycan ilə Dünya Gömrük Təşkilatı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini deyən prezident İlham Əliyev ölkəmizdə gömrük sisteminin müasirləşdirilməsi məqsədilə bir çox praktiki addımların atıldığını, gömrük prosedurlarının sadələşdirilməsi istiqamətində də geniş islahatların həyata keçirildiyini vurğulaylıb.

Ölkəmizin gömrük xidməti sahəsində təşkil olunan bir sıra tədbirlərə ev sahibliyi etdiyini deyən prezident Dünya Gömrük Təşkilatının 10-cu illik PICARD “Gömrük sahəsində akademik araşdırmalar və inkişaf üzrə əməkdaşlıq proqramı” konfransının Bakıda keçirilməsinin əhəmiyyətinə də toxunub.

Dünyada gömrük daşımalarının həcminin getdikcə artığını vurğulayan Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya bu sahədə peşəkarlığın mütəmadi olaraq artırılmasının çox vacib olduğunu, Bakıda keçiriləcək 10-cu illik PICARD Araşdırmalar Konfransının bu işlərə öz töhfəsini verəcəyinə ümidvar olduğunu qeyd edib.

Görüşdə Azərbaycan ilə Dünya Gömrük Təşkilatı arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. (azərtac)


Xəbəri paylaş

5908 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___