Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda sağlamlıq imkanları məhdud olan uşaqlarla bağlı ayrıca qanun var
Tarix: 06-09-2015 | Saat: 13:52
Bölmə:M / Karusel / Təhsil | çapa göndər

Azərbaycanda sağlamlıq imkanları məhdud olan uşaqlarla bağlı ayrıca qanun var


Milli Məclisin payız sessiyasında sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı qanunvericiliyə bəzi əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təşəbbüs irəli sürülə bilər

Xəbəraz.az xəbər verir ki, Bu barədə Trend-ə Milli Məclisdən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycanda sağlamlıq imkanları məhdud olan uşaqlarla bağlı ayrıca qanun var. Ancaq təhsil ocaqlarında belə uşaqların təhsil alması üçün xüsusi infrastruktur yoxdur.

Yəni, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəblərin pilləkənlərində xüsusi şərait, siniflərdə, auditoriyalarda xüsusi oturacaqlar mövcud deyil. Bu baxımdan da qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsinə ehtiyac var. Bunu nəzərə alaraq, parlamentin payız sessiyasında müəyyən təşəbbüslər qaldırılacaq.

Qeyd edək ki, Milli Məclisin əvvəlki sesiyalarında da bu məsələnin gündəmə gətiriləcəyi planlaşdırılırdı, lakin təklifin daha dəqiq işlənməsi müəyyən vaxt apardığı üçün təxirə salınmışdı.


Xəbəri paylaş

6258 dəfə oxunub.

Digər xəbərlər
17-06-2016, 10:14 Dollar bahalaşdı - Rəsmi

bütün xəbərlər
____ Instagram ___