Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Fəlakət” xəstəxanalıq oldu
Tarix: 03-09-2015 | Saat: 01:02
Bölmə:M / Karusel / Hadisə | çapa göndər

“Fəlakət” xəstəxanalıq oldu


"Bozbash Pictures” layihəsinin tanınmış aktyoru Elşən Orucov (red. "Fəlakət” obrazı ilə tanınan) İsmayıllı rayonunda çəkiliş zamanı xəstəxanalıq olub.
Xəbəraz.az xəbər verir ki, bu barədə oxu.az-a İsmayıllı sakinləri məlumat veriblər.
"Bozbash Pictures” layihəsinin rəhbəri İlkin Həsəni hadisəni təsdiqləyib.
O bildirib ki, "Axırıncı yol” adlanan kinokomediyanın İsmayıllı rayonunda baş tutan çəkilişi zamanı Elşən Orucovu kəskin sancılar tutub: "Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Həkimlər aktyora ilkin tibbi yardım göstəriblər, daha sonra o təcili tibbi yardım avtomobili ilə Bakıya çatdırılıb”.
İlkin Həsəni qeyd edib ki, hazırda "Fəlakət” paytaxtda özəl klinikaların birindədir: "Həkimlər onu müayinə edirlər. Müayinədən sona məlum olacaq ki, nəyə görə "pristup” tutub, xəstəliyin diaqnozu bilinəcək”.
İ.Həsəninin sözlərinə görə, hazırda hadisə ilə əlaqədar bütün çəkilişlər təxirə salınıb: "Kinokomediyanın çəkilişlərinin bitməsinə iki-üç gün qalmasına baxmayaraq hadisə ilə əlaqədar "Bozbash Pictures” paytaxta qayıdıb. Bütün çəkilişlərimiz təxirə salınıb”.


Xəbəri paylaş

1 4978 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___