"Azərbaycan tarixi" məlumat kitabı ilə bağlı RƏSMİ AÇIQLAMA
Tarix: 02-09-2015 | Saat: 12:04
Bölmə:M / Karusel / Təhsil / Araşdırma | çapa göndər
Dünən sosial şəbəkələrdə fotosu paylaşılan ali məktəbə hazırlaşanlar üçün “Azərbaycan tarixi” məlumat kitabının üz qabığının Ermənistan bayrağının rəngində olması insanlar tərəfindən ölkəmizə qarşı təhqir kimi qəbul edilib.
Xəbəraz.az xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov özünün rəsmi facebook səhifəsində bu məsələyə münasibət bildirib. Lent.az-ın məlumatına görə, sosial şəbəkələrdə fotosu paylaşılan həmin kitab Təhsil Nazirliyi tərəfindən dərc edilməyib: “Ötən gün bəzi saytlarda, eləcə də sosial şəbəkələrdə fotosu paylaşılan "Azərbaycan tarixi" məlumat kitabı dərslik deyil, üz qabığından da göründüyü kimi ali məktəblərə hazırlaşanlar üçün məlumat kitabçasıdır. Bu məlumat kitabçasının Təhsil Nazirliyinə heç bir aidiyyatı yoxdur. Hissiyata qapılan bir çox sosial şəbəkə istifadəçilərindən xahiş olunur ki, kitabçaya, müəllifə və bütövlükdə kitabçanın üz səhifəsinə diqqətlə baxsınlar. Kitabın dizaynı, forması, məzmunu və rəngini müəllif seçir. Burada da bütün məsələlərə həmin müəllif cavabdehlik daşıyır. Bir daha qeyd edirəm ki, Təhsil Nazirliyi bu adda, dizaynda və rəngdə heç bir kitab sifariş etməyib”.
Qeyd edək ki, "Didaktika" Nəşriyyatının çap etdirdiyi kitab ümumtəhsil məktəbləri üçün Azərbaycan tarixi kursu və TQDK-nın ali məktəblərə qəbul proqramı əsasında hazırlanıb və 3 AZN-ə satılır. Kitabın üz qabığı qırmızı, göy və sarı rənglərlə dizayn edildiyindən Ermənistan bayrağına bənzəyir.
Xəbəri paylaş
6778 dəfə oxunub.
Digər xəbərlər

1-08-2016, 00:52
Beyləqanda banka basqın edildi: 1 nəfər həbs olundu
14-06-2021, 10:06
Sonsuzluq, impotensiya, cinsi zəifliyə qarşı - 2 manatlıq ÇARƏ
6-02-2021, 20:07
Şok! Ucar RİH başçısı vətəndaşın ağzını tikdirdi
17-06-2016, 15:15
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirovla -MÜSAHİBƏ
23-06-2016, 17:26
Hərbi hissələr qapılarını valideynlərə açır
2-07-2015, 12:06
Orqazm qadınlarda 20 saniyə, kişilərdə isə...
2-06-2015, 17:02
Azərbaycan kimi ölkə üçün 45 bank çoxdur:
17-07-2019, 16:27
Alın, bu da sizə "peyğəmbər" Səfər Mehdiyev... - Qohumları gömrükdə meydan sulayır...
12-03-2015, 13:38
İraq ordusu Ənbar vilayətində 40-dan artıq İŞİD terrorçusunu məhv edib Mənbə : İslamazeri